Trampın yerinə yetirəcəyi 3 iş
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Tramp gələcək fəaliyyət üçün üç məqamı əsas götürüb və onlar prioritetinə görə belə sıralanır:
1. Rusiya ilə dialoq;
2. Ukraynaya dəstək;
3. Bu günə olan ərazi planlarının qəbulu”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Donald Trampın köməkçisi Mayk Vals bildirib.
O, mühüm məqama diqqət çəkib: “Bayden administrasiyası Ukraynadakı hərəkətlərinə görə Moskva ilə münasibətləri kəsib. Onları bərpa etmək lazımdır”.
Birinci bənd yerinə yetirilərsə, yəni Rusiya ilə dialoq baş tutarsa, qərarlara boyun əymək, ya da açıq şəkildə Trampa qarşı çıxmaq Ukraynanın öz ixtiyarında olacaq.
Bundan əvvəl Mayk Vals bildirmişdi ki, Tramp sülh danışıqlarına başlamazdan əvvəl atəşkəs əldə etməyə çalışacaq:
“İstərdik ki, hər an, istənilən gün atəşkəs olsun. Düşünürəm ki, bu, hər iki tərəf üçün inanılmaz dərəcədə ilk müsbət addım olacaq və bizə hansısa diplomatik həll üçün çərçivə hazırlamağa imkan verəcək”, - Trampın köməkçisi bildirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 Yanvar 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















