Icma.az
close
up
RU
Trampla partiyadaşları arasında ziddiyyətlər: Nə baş verir?

Trampla partiyadaşları arasında ziddiyyətlər: Nə baş verir?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Respublikaçılar Partiyası daxilində çox ciddi böhranın ilk ayaq səsləri eşidilməkdədir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kamran Cəfərov ABŞ-da respublikaçı prezident Donald Trampla həmin partiyadan olan nümayəndələrin çoxluq təşkil etdiyi Senat arasında Rusiyaya qarşı sanksiyalar məsələsində yaşanan ziddiyyətləri şərh edərkən deyib.

"Trampın Rusiyaya yönəlik sanksiyalara qarşı çıxmasına baxmayaraq, Senatdakı respublikaçıların bir çoxu Rusiyanı dağıdıcı sanksiyalarla təhdid edir. Bu isə partiya daxilində fikir ayrılığının dərinləşdiyini göstərir. İlk növbədə qeyd edək ki, respublikaçılar Konqresin hər iki palatasına nəzarət etsələr də, Trampa olan loyallıq baxımından palatalar arasında fərqlər var. Nümayəndələr Palatasının spikeri Mayk Conson Trampa tam loyaldır. Lakin Senatda əksəriyyətin lideri Con Tyun fərqli mövqe tutur. Ötən il Senatın lideri Mitç Makkonnel postunu tərk etdikdən sonra yeni lider seçilməsi üçün qapalı səsvermə keçirildi. Tramp Floridadan senator Rik Skotun namizədliyini dəstəkləyirdi. Skot həm Trampa sadiqliyi, həm də Rusiya yönlü mövqeyi ilə tanınırdı. Lakin Trampın dəstəyinə baxmayaraq, Skot seçkini uduzdu. 53 səslə qalib gələn Con Tyun Senatın yeni lideri oldu", deyə Kamran Cəfərov bildirib.


Həmsöhbətimiz qeyd edir ki, Senatda mütləq əksəriyyətin Rusiyaya qarşı sanksiyalara tərəfdar çıxması fonunda Trampın imzası olmadan da bu ölkəyə sanksiyalar tətbiq olunacaq: 

"Tyun Trampa qarşı mənfi münasibəti ilə seçilən respublikaçıdır. Son hadisələr kontekstində Con Tyun Putini xəbərdar etdi ki, əgər o, Ukrayna ilə dərhal atəşkəs barədə ciddi təklif irəli sürməsə, Senat Rusiya hökumətinə qarşı yeni sanksiyalar qəbul edəcək. Con Tyun Ağ Evə bildirib ki, senatorlar Lindsi Qremin təqdim etdiyi qanun layihəsini 26 maydan sonra gündəliyə salacaqlar. Bu qanun layihəsinin gündəliyə salınmasına 82 senator səs verib. Respublikaçı senator Qrem Senat rəhbərliyinə və həmkarlarına müraciət edərək Kremlin lideri Vladimir Putini sülh danışıqlarını uzatdığı üçün cəzalandırmağa çağırıb.

Maraqlısı odur ki, 100 senatordan artıq 82 senator bu sanksiyaları dəstəkləyir və məsələnin səsverməyə çıxarılacağı təqdirdə 82 senatorun səsi prezidentin vetosunu da aşmaq gücündədir. Yəni Trampın imzası olmadan sanksiyalar tətbiq olunacaq. Bu hal onu göstərir ki, Respublikaçılar Partiyasının daxilində çox ciddi böhranın ilk ayaq səsləri eşidilməkdədir".

Qeyd edək ki, son zamanlar ABŞ-da prezident Donald Trampla üzvü olduğu Respublikaçılar Partiyası arasında ciddi fikir ayrılıqları meydana çıxmağa başlayıb. Bu fikir ayrılığı xüsusən də özünü Rusiyaya qarşı sanksiyalar məsələsində göstərir. Belə ki, məlumatlara görə, Tramp Rusiyaya qarşı yeni sanksiyalara qarşıdır. Onlar iddia edir ki, bu sanksiyalar Rusiyanı danışıqlardan uzaqlaşdıra bilər. Lakin Senatdakı respublikaçıların əksəriyyəti Trampın bu mövqeyinə qarşı çıxış edirlər. Onlar əksinə, Moskvaya münasibətdə yeni sanksiyaların tətbiqinin tərəfdarıdırlar. Yaranmış vəziyyət onu göstərir ki, Trampın Putinə davamlı siyasi reveransları nəhayət özünün də üzv olduğu Respublikaçı Partiyası daxilində də ciddi narahatlıq doğurmağa başlayıb. Bu isə partiya daxilində ciddi böhranın yaşandığına işarə sayıla bilər. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 May 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri