Trampla Zelenski arasındakı gərginliyin pərdəarxası MƏQAMLARI
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna ilə ABŞ arasında münasibətlər son həftələr ərzində kəskin şəkildə pisləşib.
Bizim.Media xəbər verir ki, "The Wall Street Journal" (WSJ) qəzetinin məlumatına görə, Tramp və Zelenski arasındakı "dostluq" münasibətlərinin sonunun başlanğıcı sentyabr ayında Nyu-Yorkda keçirilən BMT sammiti zamanı baş tutan gərgin görüş olub.
Məlumata görə, həmin görüşdə ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına (NEZ) endirdiyi PUA zərbələrinə görə Zelenskini sərt şəkildə sorğu-sual edib.
Ukraynanın Rusiyanın neft-qaz infrastrukturunun 40-50%-ni sıradan çıxarması Trampın narazılığına səbəb olub. O deyib ki, bu addımlar ABŞ-da enerji qiymətlərinin qalxmasına gətirib çıxaracaq və amerikalı istehlakçılara zərər vuracaq.
Zərbələri dayandırmaq barədə Vaşinqtonun ən azı 6 xəbərdarlığına baxmayaraq, Kiyev hücumları davam etdirib.
Son günlər Ukrayna hərbi terminal sistemlərində (Starlink/StarShield) sürət məhdudiyyəti ilə qarşılaşıb. Kiyev bunun Trampın İlon Maska verdiyi tapşırıq olduğunu ehtimal edir.
Həmçinin ABŞ-ın kəşfiyyat məlumatlarının ötürülməsini və silah satışını dayandıracağı ilə bağlı xəbərdarlıq etdiyi bildirilir.
Oktyabrın 9-da Mayamidə Trampın köməkçiləri (Cared Kuşner və Stiv Uitkoff) ukraynalı və avropalı rəsmilərlə 6 saatlıq görüş keçirərək Vaşinqtonun Rusiya ilə dizel yanacağı alışı barədə razılaşmanı nəzərdən keçirdiyini açıqlayıblar. Bu təklif Ukrayna və Aİ tərəfdaşlarını şoka salıb.
Trampın Rusiyadan neft/dizel alışı barədə bəyanatı və Kiyevə təzyiqləri ABŞ Respublikaçılar Partiyasında da ciddi narazılıq yaradıb.
Bizim.Media
Baxış sayı:83
Bu xəbər 15 Oktyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















