Icma.az
close
up
RU
Azərbaycanİran təlimlərinin pərdəarxası MƏQAMLARI

Azərbaycanİran təlimlərinin pərdəarxası MƏQAMLARI

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçirilib. Əvvəlcə "Dənizdə axtarış-xilasetmə" təliminin məqsədi və icra olunacaq tapşırıqlarla bağlı brifinq təqdim edilib, qarşılıqlı müzakirələr aparılıb.

Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib.

Təlimin müxtəlif mərhələləri üzrə qarşıya qoyulan tapşırıqlar hərbi dənizçilər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilməklə yerinə yetirilib.

Ümumiyyətlə, İranla Azərbaycanın birgə hərbi təlimi nədən xəbər verir?

Məsələ ilə bağlı Modern.az-a danışan ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycan və İran dənizçiləri arasında bu kimi təlimlər mütəmadi olaraq keçirilir:

"Təlimlər hər iki ölkənin Baş Qərargah rəisləri tərəfindən planlaşdırılmış şəkildə keçirilir. Bu təlimlərə həm iki ölkə arasındakı münasibətlər, həm də regional məsələlərin həlli prizmasından baxmaq lazımdır. Azərbyacan dənizçiləri Xəzər dənizi ətrafında olan ölkələrin dənizçiləri ilə birgə dəfələrlə təlim və yarışlar keçirib. Burada da Azərbaycan dənizçiləri yüksək nailiyyətlərlə seçiliblər. Bu saat İranla Azərbaycan dənizçiləri arasındakı təlimləri hərbi cəhətdən yox, daha çox xilasetmə, birgə fəaliyyətlə bağlıdır. Hər iki ölkə arasında təcrübə mübadiləsi gedir, təlim iştirakçıları bir-birilə bu sahədə peşə sahibləri kimi bilik və bacarıqlarını göstərirlər. Eyni zamanda yeni avadanlıqların istifadə olunması da mümkündür. Xilasetmə sahəsində istər hərbi sənaye kompleksi, istərsə də digər müəssisələr tərəfindən daha müasir, yeni tələblərə cavab verən xilasedici avadanlıqların istifadəsində təcrübə qazanmaq üçün platforma kimi istifadə olunur".

Şair Ramaldanov söyləyib ki, neft mədənlərini qorunması istiqamətində birgə fəaliyyətdə istisna edilmir:

"Azərbaycan və İran hərbi dənizçiləri arasında terrora qarşı mübarizə sahəsində də tədbirlər mümkündür. Bu da ona görədir ki, həm İran, həm də Azərbaycanın Xəzər dənizində neft mədənləri var. Mədənlərin qorunması, mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün bu sahədə terrorizmə qarşı birgə fəaliyyət məsələlərinə baxılması istisna olunmur".

Polkovnik vurğulayıb ki, bu cür təlimlər Azərbaycanla İran arasındakı münasibətlərdə etibarlılığın artmasında müsbət rol oynaya bilər:

"İranla təlimlər sualların yaranmasına səbəb olur. Bu da Azərbaycanla İran arasında hansısa siyasi soyuqluqdan irəli gəlir. İki ölkə arasındakı münasibətlərin soyuq olmasını istəyənlər ucbatından bu belədir. Amma yenə də hazırki hərbi təlimlər bir daha Azərbaycanın İranla hərbi sahədə əlaqələr qurmağa və bu əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu göstərir. İki qonşu ölkənin hərbi dənizçilərinin təlimi münasibətlərdə etibarlılığın artmasında hansısa müsbət təsirli rol oynaya bilər. Hər halda təlimlər gedir və bu, yaxşı haldır. Hər iki ölkənin hərbçiləri dənizdə öz məharətlərini göstərəcəklər. Qarşıda qoyulan bütün tapşırıqlarını icra edərək sağ-salamat öz yerlərinə qayıdacaqlar. Hər halda hər iki ölkənin təlim iştiraçılarının aralarındakı əlaqələrin sıx olması, əlaqələrin müsbət dostluq çərçivəsində inkişafının göstəricisidir. Hər iki ölkənin hərbçilərinə uğurlar diləyərək, sağ-salamat öz ölkələrinə qayıtmasını arzu edirirk".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Noyabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri