Icma.az
close
up
RU
Tramvay 100 ildən sonra yenidən BAKIDA

Tramvay 100 ildən sonra yenidən BAKIDA

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən il Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə tramvayın istifadəyə verilməsindən 100 il ötüb. 1924-cü ilin 8 fevralında tramvay fəaliyyətə başlasa da, tramvay xətlərinin çəkilməsi, bunun üçün hazırlıqlara başlanması, qərarın verilməsi daha əvvəlki illərə təsadüf edir. XX əsrin ilk onilliyinin sonlarından Çar Rusiyasının mərkəzi vilayətlərində başlanan proses Qafqaza - Bakıya da gəlməli idi.

1910-cu ildəki plana əsasən, 2-3 il ərzində tramvay xəttinin inşası başlayaraq başa çatdırılmalı və 1913-cü ildə Bakıda tramvay istifadəyə verilməli idi. Müəyyən qədər yubanma, daha sonra isə I Dünya müharibəsinin başlanması, ictimai-siyasi təbəddülatlar, inqilablar prosesi xeyli gecikdirdi. Nəhayət, Bakının tramvaya qovuşması 1924-cü ildə baş tutdu.

Həmin gün ictimai nəqliyyatın ən mütərəqqi vasitələrindən biri olan tramvayın istifadəyə verilməsi böyük bayram əhval-ruhiyyəsi ilə qarşılandı, şəhərdə şənliklər keçirildi. Tramvay xəttinin inşası ilə bağlı məsələlərin həlli isə daha əvvəldən - 1922-ci ildən başlanmışdı. 1922-ci ildə Bakıda tramvayın tikintisinin layihələndirilməsinə başlanıldı. Əvvəlcə xətlərin çəkilməsinin konsessiya yolu ilə xarici firmalara verilməsi nəzərdə tutulurdu.

Sonradan yerli resurslar hesabına bu işi görmək barədə qərar qəbul olundu və zəruri avadanlıqların SSRİ zavodlarında istehsal edilməsi daha məqbul hesab edildi. 1923-cü ilin martında şəhərin mərkəzini dəmiryol vağzalı ərazisi ilə birləşdirən dairəvi tramvay xəttinin tikintisinə başlandı. Layihə nəinki Qafqazda, hətta SSRİ-də ən böyük tikintilərdən biri hesab olunurdu.

Bakı tramvayının ilk marşrutunun ümumi uzunluğu 6,6 kilometr olsa da, 15 il sonra - 1939-cu ildə bu göstərici 117 kilometrə çatmışdı. Açıldığı gündən 2 il müddəti ərzində Bakı tramvayı 50 milyondan çox sərnişin daşıyıb. 1967-ci ildə Bakı metropoliteninin yaradılmasına qədər tramvay şəhərin əsas ictimai nəqliyyat növü kimi böyük miqyasda sərnişindaşıma məhz tramvayın üzərinə düşürdü.

Sonradan metro ilə yanaşı, avtobus və trolleybus da inkişaf etsə də, tramvay hər zaman əsas ictimai nəqliyyat növü kimi seçilib. 1980-90-cı illərdə qürub çağına qədəm qoyan Bakı metrosu tədricən sıradan çıxmağa, şəbəkənin uzunluğu söküntülərə görə qısalmağa başladı. 2004-cü ildə tramvay şəbəkəsinin son xətti də söküldü və bu nəqliyyat növü yaranmasından 80 il sonra Bakını "tərk etdi".

Ötən 20 il ərzində dəfələrlə tramvay xəttinin bərpası ilə bağlı məsələ gündəmə gəlsə və müzakirələr aparılsa da, real nəticə olmayıb. Hətta bir müddət əvvəl Gəncə şəhərində tramvay xətlərinin tikintisi barədə xəbərlər yayılsa da, bu da həyata keçirilməyib. Sevindirici haldır ki, 30 dekabr 2023-cü il tarixində təsdiqlənən Bakının Baş Planında 2040-cı ilədək paytaxtda tramvayın yenidən istifadəyə verilməsi təsbit olunub.

Plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacaq yaradılacağı bildirilir. 

Ötən gün AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib ki, Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.

AYNA rəhbəri qeyd edib ki, “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq:

“Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub ki, sərnişinlərə xidmət göstərilə bilsin”.

Son illərdə Bakını ağuşuna alan tıxacların qarşısını almaq, keyfiyyətli ictimai nəqliyyat sistemi qurmaq və yollarda sıxlığı minimuma endirmək üçün tramvayların nəzərdə tutulan son hədd üzrə planda nəzərdə tutulan 2040-cı ildə yox, daha tez bərpası son dərəcə vacibdir. İnkişaf etmiş Qərbi Avropa ölkələrinin praktikasına nəzər yetirilsə, tramvay xətləri şəhərlərin əsas nəqliyyat arteriyalarını təşkil edir.

Unutmaq olmaz ki, tıxacların qarşısını almaq üçün yolların genişləndirilməsi piylənmədən əziyyət çəkən bədənə daha böyük ölçüdə olan paltar almaq kimi bir şeydir. İnsan mərkəzli konsepsiya əsasında şəhərlərin salınması və yenidən qurulması məhz ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsindən, bu sahədə keyfiyyətli, komfortlu və punktual mexanizm əsasında xidmət göstərilməsindən keçməkdədir.

Bunun üçün ictimai nəqliyyat növlərinin diversifikasiyası, təkcə avtobus və metro nəqliyyatına söykənmədən tramvay, trolleybus, metrobus kimi ictimai nəqliyyat növlərinin də fəaliyyət göstərməsi önəmlidir. Keyfiyyətli ictimai nəqliyyat tədricən insanların avtomobildən imtinasına, yolların salınması üçün nəzərdə tutulan ərazilərdən daha səmərəli istifadəyə gətirib çıxaracaq.

Modern Təhlil və Araşdırma Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see283

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see270

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see270

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see230

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see229

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see226

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see224

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see220

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see220

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see208

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see202

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see199

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see198

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see191

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see189

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see189

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see185

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see184

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see179

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri