Icma.az
close
up
RU
Transmilli böyük şirkətlərlə iş təcrübəmiz də böyük üstünlükdür

Transmilli böyük şirkətlərlə iş təcrübəmiz də böyük üstünlükdür

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan yeni tarixi mərhələnin astanasındadır. Bu mərhələ artıq yalnız neft-qaz strategiyası, nəqliyyat dəhlizləri və sənaye parkları ilə ölçülmür. XXI əsrin əsas resursu məlumat, əsas gücü isə süni intellektdir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin inkişaf modelində keyfiyyətcə yeni istiqaməti müəyyənləşdirdi. Dövlətimizin başçısının sözləri ilə desək, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Bu, sadəcə texnoloji yenilənmə deyil, strateji seçimdir. Azərbaycanın coğrafi mövqeyi - Asiya ilə Avropanın kəsişməsində yerləşməsi indiyədək nəqliyyat və enerji dəhlizləri üçün strateji üstünlük yaradıb. İndi isə həmin üstünlük rəqəmsal magistrallara çevrilməlidir. Rəqəmsal arxitekturanın əsas şərtlərindən biri enerji təminatıdır. Süni intellekt və iri data mərkəzləri böyük enerji gücü tələb edir. Prezident İlham Əliyev müşavirədə vurğuladı ki, son 20 ildə Azərbaycanın generasiya gücü iki dəfə artaraq 10 min meqavata çatıb və hazırda ən azı 2 min meqavat istifadə edilməyən potensial mövcuddur. Bu göstərici region üçün nadir üstünlükdür. Üstəlik, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr gələcəkdə əlavə güc yaradacaq. Bu isə Azərbaycanın yaşıl enerji əsasında fəaliyyət göstərən data mərkəzləri qurmaq imkanını genişləndirir və Avropanın karbon neytrallığı siyasəti ilə uzlaşır.

Rəqəmsal transformasiya dövründə bu amil xüsusi əhəmiyyət daşıyır. Çünki süni intellekt və yüksək texnologiyalar artıq qlobal rəqabətin əsas predmetidir. Azərbaycanın həm Amerika fondları ilə maliyyə əməkdaşlığı, həm də Çin və Avropa ilə strateji münasibətləri ona çevik və çoxvektorlu texnoloji siyasət yürütmək imkanı verir. Bu, siyasi müdriklik və strateji uzaqgörənliyin təzahürüdür. Cənab Prezident çıxışında dövlət idarəçiliyində vahid koordinasiyanın vacibliyini xüsusi qeyd etdi: “Dövlət xidmətləri ‘mygov’ üzərindən həyata keçirilməlidir. Yəni vahid mərkəzdən.” Bu, dövlət-vətəndaş münasibətlərində keyfiyyət dəyişikliklərinə səbəb olacaq addımdır. Ayrı-ayrı platformaların ləğvi, vahid sistemə keçid və bütün xidmətlərin bir ünvandan təqdim olunması həm şəffaflığı artıracaq, həm də vətəndaş məmnuniyyətini yüksəldəcək. Eyni zamanda, hər bir nazirlikdə rəqəmsallaşma və süni intellekt üzrə məsul müavinin ayrılması idarəetmədə institusional yanaşmanın formalaşdırılması deməkdir. Bu, prosesin kampaniya xarakterli deyil, davamlı və sistemli olacağını göstərir. Cənab Prezidentin süni intellektin dövlət qurumlarında tətbiqi ilə bağlı fikirləri xüsusi diqqətə layiqdir: “Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır.” Bu, dövlət qərarlarının daha dəqiq analizə əsaslanması, risklərin öncədən qiymətləndirilməsi və operativ idarəçilik modelinin qurulması deməkdir. Artıq inkişaf etmiş ölkələrdə süni intellekt agentlərinin məmurlara gündəlik fəaliyyətlərdə yardım göstərməsi faktı göstərir ki, Azərbaycan bu trendləri gecikmədən mənimsəmək niyyətindədir. Cənab Prezident İlham Əliyev açıq şəkildə qeyd etdi ki, ötən il Azərbaycan aqressiv kiberhücuma məruz qalıb: “Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür.” Bu açıqlama göstərir ki, rəqəmsal inkişaf paralel olaraq kibertəhlükəsizlik strategiyasının gücləndirilməsi ilə müşayiət olunmalıdır. Artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzinin rolunun artırılması və konkret hədəflərin müəyyənləşdirilməsi rəqəmsal suverenliyin qorunmasının əsas şərtidir. Rəqəmsal transformasiya insan kapitalı olmadan mümkün deyil. Cənab Prezident bu sahədə təhsil sisteminin yenilənməsinin vacibliyini vurğuladı. Ali məktəblərdə müasir ixtisasların genişləndirilməsi, xaricdə təhsil proqramlarının bu istiqamətə yönəldilməsi və hətta orta məktəblərdə ilkin rəqəmsal biliklərin aşılanması uzunmüddətli strategiyanın tərkib hissəsidir. Bu, texnoloji inkişafın sosial bazasının formalaşdırılması deməkdir.

Fevralın 11-də keçirilən müşavirə Azərbaycanın inkişaf fəlsəfəsində yeni mərhələnin başlanğıc nöqtəsidir. Əgər əvvəlki mərhələ enerji diplomatiyası ilə xarakterizə olunurdusa, indi prioritet rəqəmsal diplomatiya və texnoloji suverenlikdir. Cənab Prezident İlham Əliyevin qəti mövqeyi isə bu prosesi siyasi iradə ilə təmin edir: “Bu sahəyə daha güclü təkan verməliyik.” Azərbaycan artıq enerji və nəqliyyat dəhlizlərinin qurucusu kimi tarixə düşüb. İndi isə qarşıda duran vəzifə – rəqəmsal dəhlizlərin memarı olmaqdır. Bu isə təkcə texnoloji layihə deyil, milli gücün, strateji baxışın və dövlətçilik iradəsinin təntənəsidir. Yeni rəqəmsal arxitektura güclü dövlətin, müasir cəmiyyətin və qlobal rəqabətə hazır Azərbaycanın gələcək yol xəritəsidir.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri