Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Cənubda və şimalda baş verən hərbi münaqişələr qlobal neft təchizatına təsirsiz ötüşmür. İran-ABŞ münaqişəsi Hörmüz boğazının bağlanması, Rusiya-Ukrayna müharibəsi isə Qara dəniz vasitəsilə neft nəqlində problemlər yaradır.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanda fəaliyyət göstərən bir sıra iri neft şirkətləri Rusiya ərazisindən keçən Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) vasitəsilə neft ixracının təhlükəli olduğunu bildirir və alternativ marşrut kimi neftin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə dünya bazarına çıxarılmasını nəzərdən keçirirlər.

Türkiyədə dərc olunan “Türkiye Today” qəzeti yazır ki, Rusiya dronları Qara dənizdə üzən neft tankerlərinə raket zərbələri endirir. “Chevron”, “ExxonMobil”, “Eni”, “Shell” və “TotalEnergies” kimi şirkətlər Qazaxıstandan dünya bazarına Azərbaycan üzərindən iki variantla neft nəql etmək istəyir. Variantlardan biri Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsidir. İkincisi isə neftin tankerlərlə Bakı limanına daşınaraq buradan dünya bazarına çıxarılmasıdır.

Hazırda Qazaxıstanda hasil olunan neftin təxminən 80 faizi XBKK vasitəsilə dünya bazarına çıxarılır. “Chevron” şirkəti Qazaxıstanın neft sənayesinə 48 milyard dollar həcmində sərmayə yatırdıqdan sonra alternativ nəql yolları axtarmağa başlayıb.

Xatırladaq ki, Qazaxıstan hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ildə təxminən 1,3 milyon ton neft ixrac edir. Qazaxıstan neftinin bu boru kəməri ilə ixracının 1,8 milyon tona çatdırılması planları üzərində iş aparılır. Lakin Qazaxıstanın XBKK vasitəsilə ildə təxminən 60 milyon ton neft ixrac etdiyini nəzərə alsaq, bu həcm kiçikdir və Rusiya ərazisindən keçən marşrutla müqayisədə məhdud alternativ olaraq qalır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın da marağında olduğu Transxəzər boru kəmərinin tikintisi 2000-ci ildən etibarən ciddi şəkildə müzakirə olunur. Lakin geosiyasi risklər kəmərin çəkilməsinə imkan vermirdi. Son illərdə Yaxın Şərqdə baş verən münaqişələr nəticəsində Hörmüz boğazının bağlanması, Rusiya-Ukrayna müharibəsi fonunda isə Qara dəniz vasitəsilə neft nəqlinin təhlükəli xarakter alması Transxəzər boru kəməri layihəsini yenidən aktuallaşdırıb.

Bu məsələ artıq Vaşinqtonda da müzakirə edilib. Nəzərə çatdıraq ki, irihəcmli sərmayələrin qorunması məqsədilə Qazaxıstanda fəaliyyət göstərən neft şirkətləri bu istiqamətdə ciddi iş aparırlar.

Transxəzər boru kəməri çəkilərsə, ondan təkcə Qazaxıstan deyil, Özbəkistan da istifadə edə bilər. Bu layihə Azərbaycanın tranzit imkanlarını və büdcə gəlirlərini artıracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see346

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see333

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see322

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see319

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see308

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see305

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see277

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see274

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see269

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see265

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see259

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see256

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see239

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see229

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see227

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see224

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see205

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see202

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see200

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri