Icma.az
close
up
RU
Trautman: “Builki dünya çempionatından yaxşı nəticələr gözləyirik”

Trautman: “Builki dünya çempionatından yaxşı nəticələr gözləyirik”

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatına bazar günü yekun vurulub.

İlk üç gündə tatami üzərinə çıxan təmsilçilərimizdən Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyevin (90 kq) bürünc medal qazandığını xəbər vermişdik. Şənbə günü daha üç cüdoçumuz mübarizəyə qoşulub. Kişilərdən Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq), qadınların yarışında isə Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayıb. Nigar elə ilk görüşdə gürcüstanlı Sofiya Somkxişviliyə uduzub. Uşanqi də bürünc medal uğrunda görüşdə Almaniya təmsilçisi Erik Abramovla bacarmayıb. Olimpiya çempionu Kotsoyev finala qədər irəliləyib. Təəssüf ki, gürcü İlya Sulamanidze həlledici görüçdən qalib ayrılıb.
Avropa çempionatında ölkəmizi 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil etdi. Nəticə 1 gümüş və 4 bürünc medaldı. Yekunda Azərbaycan medalların əyarına görə 47 ölkə arasında ümumi komanda hesabında 10-cu, kişilər arasında isə 5-ci yeri tutub. Qeyd edək ki, Kotsoyevdən başqa bütün mükafatçılarımız karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı olub. Azəbaycan cüdo tarixində ilk dəfə idmançılarımız qitə yarışında beş müxtəlif çəki dərəcəsində fəxri kürsüyə yüksəlib. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparıb, ilk görüşdə Gürcüstana 0:4 uduzaraq mübarizəni dayandırıb.
Yığmanın baş məşqçisi Riçard Trautman AÇ-nin yekunları ilə bağlı Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına açıqlama verib:

"Həmişə olduğu kimi, komandada bütün idmançılar eyni vaxtda öz potensialını göstərə bilmir. İlk yarış günündə bir qədər məyus oldum. Amma Əhməd Yusifov bu səviyyədə ilk medalını – bürünc qazandı ki, bu da müsbət irəliləyişdi. Təəssüf ki, qızıl medal potensialı olan daha iki idmançımız, xüsusən də 66 kq çəkidə Ruslan Paşayev səhvlərə yol verdi. Halbuki o, əvvəllər həmin çəkidəki rəqiblərini məğlub etmişdi. Amma cüdo belə bir idmandı – nəticələri əvvəlcədən proqnozlaşdırmaq olmur. İkinci yarış günü isə məni sevindirdi. Əslində olimpiya və dünya çempionumuz Hidayət Heydərov tatamiyə çıxmalıydı, lakin son anda xəstələnərək yarışdan çəkildi. Onun dünya çempionatında iştirak etməsini istəyirik. İlk növbədə tam sağalmalı, sonra isə məsuliyyətli şəkildə hazırlığa başlamalıyıq. Hazırkı Avropa çempionatına Rəşid Məmmədəliyevi gətirdik və o, bürünc medal qazandı. Çox möhtəşəm çıxış idi, xüsusən də zədədən yenicə qayıtdığı üçün. Üçüncü yarış günündə isə Murad Fətiyevin italyalı Kristian Parlati ilə yarımfinal döyüşündə verilən qərardan razı qalmadım. Eyni hal 81 kq çəki dərəcəsində Zelim Tçkayev ilə Tato Qriqalaşvili arasındakı görüşdə də baş verdi. Qərarlarla razı olmasam da, qəbul etməliyik".


Trautman 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiada üçün yeni nəsil formalaşdırdıqlarını söyləyib:

"Heç bir əsas idmançımız karyerasını bitirməyib. Lakin irəliyə baxmaq vacibdi, çünki onların hamısı artıq çox da gənc deyil və Los-Ancelesə hələ üç il yarımdan çox vaxt var. Yeni nəsil formalaşdırırıq. Məni xüsusilə sevindirən hal budu ki, bu dəfə fəxri kürsüdə əvvəllər olmayan gənc idmançılar yer aldı. Olimpiya dövründə idmançılar zədələnir, əməliyyat oluna bilmir, hərbi xidmət məsələləri olur. Bu kimi problemlərdən sonra komandada yenidənqurma apardıq. Fevraldan etibarən tam qüvvəmizlə hazırlığa başladıq. Hazırda 100 faiz formada deyilik və bu da normaldı. Əsas hədəfimiz ən mötəbər yarışlar – dünya çempionatı, Olimpiya Oyunları zamanı tam gücümüzdə olmaqdı. Builki dünya çempionatından yaxşı nəticələr gözləyirik. Amma əsas böyük hədəf gələn il Bakıda keçiriləcək dünya çempionatıdı. Orda parlaq çıxış etmək bizim üçün çox vacibdi. Və əlbəttə ki, əsas uzunmüddətli hədəfimiz 2028-ci ilin Olimpiya Oyunlarıdı. Unutmayaq ki, dünya çempionu olmaq böyük uğurdu, amma cəmiyyətin diqqətini daha çox olimpiya medalları çəkir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri