Icma.az
close
up
RU
Travmatoloq: Sağlam həyat tərzi hər gün atılan kiçik addımlarla formalaşır

Travmatoloq: Sağlam həyat tərzi hər gün atılan kiçik addımlarla formalaşır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 11 avqust, AZƏRTAC

Fiziki aktivlik insan sağlamlığının ən vacib şərtlərindən biridir. O, təkcə bədəni formada saxlamaq üçün deyil, həm də ümumi rifahı yaxşılaşdırmaq, enerji potensialını yüksəltmək və daha sağlam həyat tərzi keçirtmək üçün vacibdir. Mütəmadi hərəkət etdikdə orqanizmdə qan dövranı yaxşılaşır, əzələlər güclənir və ürək daha effektiv işləməyə başlayır. Hərəkət azaldıqca bədən passivləşir, maddələr mübadiləsi yavaşlayır və müxtəlif sağlamlıq problemləri yaranmağa başlayır. Məsələn, uzun müddət hərəkətsiz qalan insanlarda çəki artımı, oynaq problemləri müşahidə oluna bilər. Bundan əlavə, idman etmək həm də zehni sağlamlıq üçün faydalıdır. Hərəkət zamanı bədəndə xoşbəxtlik hormonları ifraz olunur, özünüzü daha pozitiv hiss etmənizə kömək edir, stres azalır, yuxu rejimi normallaşır və ümumi həyat keyfiyyəti artır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Valid Novruzov səsləndirib.

O deyib ki, hərəkət etmək sağlam qalmaq üçün vacibdir. Lakin hər kəsin bədən quruluşuna və sağlamlıq vəziyyətinə görə fərqli fəaliyyət növləri daha uyğun ola bilər. Gəzmək hər yaşda olan insanlar üçün ən əlçatan, daha yüngül və təhlükəsiz məşq növüdür, xüsusilə oynaq problemləri olan və ya artıq çəkidən əziyyət çəkən insanlar üçün ideal seçimdir. Bundan əlavə, gəzintini uzun müddət davam etdirmək daha əlverişlidir. Bu zaman yorğunluq və zədələnmə riski azdır. Ürək ritmi tədricən artır, bədən oksigenlə daha yaxşı təmin olunur və qan dövranı normallaşır. Qaçmaq isə daha intensiv fəaliyyət olduğu üçün kalorilərin tez yandırılmasına kömək edir və dözümlülüyü artırır. Lakin qaçış oynaq və sümüklərə daha çox yük saldığı üçün düzgün idman ayaqqabısı seçmək və texnikaya diqqət etmək vacibdir. Əgər məqsəd sadəcə sağlam qalmaqdırsa, gündəlik gəzinti kifayət edər. Yox, əgər məqsəd bədəni daha dözümlü etməkdirsə, o zaman qaçmaq daha faydalı ola bilər.

Mütəxəssis fiziki aktivliyin bir çox xəstəliklərin qarşısını almağa kömək etdiyini bildirib: “Məsələn, ürək-damar problemləri hərəkətsiz həyat tərzi ilə birbaşa bağlıdır. İnsan nə qədər az hərəkət edirsə, damarlarında qan dövranı bir o qədər zəifləyir və bu da yüksək qan təzyiqinə, infarkt və insult kimi problemlərə səbəb ola bilir. Hərəkət həm də çəkinin normada qalmasına kömək edir və artıq çəkidən qaynaqlanan şəkərli diabet xəstəliyinin qarşısını alır. Sümüklər və əzələlər də hərəkətsiz qaldıqda zəifləyir. Bu da yaşlandıqca sağlamlıq problemləri yarada bilər. Fiziki aktivlik yalnız fiziki xəstəliklərin deyil, həmçinin psixoloji problemlərin də qarşısını alır. Davamlı şəkildə idman edən insanlarda depressiya və stres daha az olur. Hərəkət azaldıqca isə bədəndə artıq enerji toplanır, bu da piylənməyə səbəb olur. Çəki artdıqca oynaq problemləri, bel ağrıları və digər problemlər ortaya çıxa bilər”.

Onun sözlərinə görə, uşaqların enerjisi çox olduğu üçün gün ərzində hərəkətdə olmaları həm fiziki, həm də zehni inkişafları üçün önəmlidir. Açıq havada qaçmaq, velosiped sürmək və üzgüçülük kimi fəaliyyətlər uşaqların həm əylənməsinə, həm də sağlam böyüməsinə kömək edir. Eyni zamanda, komanda oyunları onların ünsiyyət bacarıqlarını və birlikdə işləmə vərdişlərini inkişaf etdirir. Valideynlər uşaqlarını passiv həyat tərzindən uzaq tutmalı, açıq havada oynamağa, idmana təşviq etməlidirlər. “Yaşlı insanlar isə idmanı daha diqqətlə seçməlidirlər. Yaşlandıqca bədən əvvəlki kimi çevik olmur və bəzi fiziki fəaliyyətlər riskli ola bilər. Buna görə də, yaşlılar üçün ən uyğun idman növləri oynaq və sümüklərə yük salmayan, lakin bədəni gücləndirən məşqlərdir. Gəzinti ən yaxşı seçimlərdən biridir, çünki təhlükəsiz və effektivdir. Gündəlik gəzinti oynaq sağlamlığını qorumağa kömək edir. Suda edilən hərəkətlər də çox faydalıdır, çünki suyun dəstəyi ilə bədən daha az yüklənir. Su aerobikası və ya üzgüçülük, bədənə əlavə yük salmadan əzələləri gücləndirir və bədən elastikliyini qoruyur. Həmçinin yüngül dartınma hərəkətləri və ya sadə gimnastika məşqləri yaşlı insanların daha sağlam və gümrah qalmasına kömək edə bilər. Yoqa və meditasiya isə həm bədənə, həm də zehnə rahatlıq verir. Yaşlı insanlar hərəkətsiz qaldıqca əzələlər zəifləyir, buna görə də gündəlik az da olsa, fiziki aktiv olmaq çox vacibdir”,- deyə V.Novruzov əlavə edib.

İdman saatlarının fərdi seçim olduğuna diqqət çəkən travmatoloq bildirib ki, bu insanın gündəlik rejimindən asılıdır. “Səhər idmanı maddələr mübadiləsini sürətləndirir və günə enerjili başlamağa kömək edir. Səhər fiziki fəaliyyət göstərən insanlar gün ərzində daha aktiv və məhsuldar ola bilirlər. Axşam saatlarında idman isə gün ərzində yığılan stresi azaltmağa kömək edir. Axşam məşq edən insanlar günün sonunda rahatlıq hiss edir və daha yaxşı yuxuya gedirlər. Lakin yatmazdan əvvəl məşq etmək bəzi insanların yuxu rejimini poza bilər. Əsas məsələ gün ərzində bədənin hərəkətsiz qalmamasıdır. İstər səhər, istərsə də axşam idman etmək insanın sağlamlığına müsbət təsir göstərəcək. Vacib olan bədəni passiv saxlamamaqdır. Hər kəs öz bədəninə uyğun fəaliyyət növünü seçməli və bunu vərdiş halına gətirməlidir. Bilmək vacibdir ki, sağlam həyat tərzi hər gün atılan kiçik addımlarla formalaşır”, - deyə mütəxəssis əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri