Icma.az
close
up
RU
Travmaya reaksiyası fərqli olan uşaqlar: Valideynlər nələrə diqqət etməli?

Travmaya reaksiyası fərqli olan uşaqlar: Valideynlər nələrə diqqət etməli?

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Uşaqlara təcavüz halları getdikcə artmaqdadır və biz bu cür hadisələrin son zamanlarda daha çox şahidi oluruq. Əslində bu, hər zaman olub, lakin sosial şəbəkələrin aktivliyinin artması bu halların daha çox göz önündə olmasına səbəb olur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Aydan Məmmədova son zamanlarda uşaqlara qarşı baş verən təcavüz hallarından danışarkən bildirdi.

"Əgər diqqətlə müşahidə etsək, görərik ki, təcavüz halları əvvəl zamandan baş verən bir problemdir. Bu, təkcə qız uşaqlarına qarşı deyil, oğlan uşaqlarına qarşı da müşahidə olunur. Təəssüf ki, hər zaman bu cür halların fərqində və ya onlardan xəbərdar olmuruq. Belə travmalar yaşayan uşaqlar sonradan çox ağır psixoloji nəticələrlə üzləşə bilirlər. Bəziləri özlərini cəmiyyətdən təcrid edir, depressiyaya düşür, bəziləri isə həmcinslərinə qarşı nifrət hissi keçirir və ya əksinə, həddindən artıq seksual maraq və ehtiras hissi inkişaf edir. Bu hal insandan insana dəyişir, çünki hər bir insan fərqlidir və travmaya reaksiyası da fərqli ola bilər. Bəzilərində cinsi meyillik və ehtiras hissi artır, digərlərində isə ümumiyyətlə cinsəlliyə qarşı maraq itir, hətta iyrənmə hissi yaranır. Elə hallar olur ki, belə travma yaşamış uşaqlar gələcəkdə öz həmcinslərinə qarşı maraq da hiss edə bilirlər. Məsələn, əgər bir qıza kişi tərəfindən təcavüz olunubsa, o, kişilərə qarşı nifrət hissi keçirə və nəticədə öz həmcinslərinə qarşı maraq göstərə bilər. Bu, oğlan uşaqlarında da eyni şəkildə baş verə bilər.

Psixoloq əlavə etdi ki, belə travmalı uşaqlarla davranış zamanı yaranan fəsadlara əsasən yanaşmaq lazımdır.

"Valideyn dəstəyi olduqca vacibdir. Uşaq, onun yanında olan, onu dinləyən, anlayan və qınamayan bir valideynin mövcudluğunu hiss etməlidir. Valideyn dəstəyi ilə yanaşı, yaxın çevrənin və psixoloqun rolu da əvəzolunmazdır. Belə uşaqlar mütləq şəkildə psixoloqla ünsiyyətdə olmalı, terapiya və seanslar vasitəsilə yaşadıqları travma ilə üzləşməli və bu barədə məlumatlandırılmalıdırlar. Çünki bəzi hallarda insan beyni onu qorumaq məqsədilə yaşadığı travmanı yaddaşdan silə və ya şüuraltına ötürə bilər. Lakin bədən, duyğular və emosiyalar həmin travmanın izlərini daşımağa davam edir. Bu səbəbdən psixoloq müdaxiləsi zəruridir".

Onun sözlərinə görə, digər vacib məqam isə uşağın sosial həyatdan təcrid olunmasına maneə olmaqdır.

"Əksinə, travmalı uşaqlara daha çox sosiallaşacağı, ünsiyyət quracağı mühitlər yaradılmalı, əyləncə imkanları təklif edilməlidir. Burada məqsəd uşağın travmanı unutması deyil, bu hadisənin onun həyatını dəyişmədiyini göstərməkdir. Bəzən valideynlər yanlış olaraq uşağı başına gələn hadisədən sonra tez-tez əyləncələrə aparırlar. Halbuki bu, əvvəllər etmədikləri bir şeydirsə, uşaqda belə bir təəssürat yarana bilər: "Demək ki, bu hadisə baş verdiyinə görə indi daha çox əylənirəm". Bu isə yanlış bir düşüncədir və travmanı dolayısı ilə mükafatlandırmaq deməkdir.

Uşağın həyat tərzi necə olubsa, o şəkildə də davam etməlidir. Məqsəd ona bu hadisənin həyatına təsir etmədiyini və onun heç bir günahı olmadığını anlatmaqdır. Bu, uşağın şüuraltı olaraq özünü doğrulda bilməsi üçün vacibdir. Bu uşaqlara baş verən hadisəni sadə və uyğun dildə izah etmək, onların təqsirsiz olduqlarını başa salmaq və bu cür halların ciddiliyini anlatmaq vacibdir. Həmçinin cinsi tərbiyə mövzusuna xüsusi diqqət ayrılmalı, gələcəkdə bu cür hallarla rastlaşdıqda necə davranmalı olduqları izah edilməlidir.

Nəticə olaraq, ən vacib məsələ dəstəkdir. Bu dəstək həm ailə, həm də peşəkar psixoloq tərəfindən göstərilməlidir. Uşağın bu çətinlikdən sağalması üçün onun yanında olmaq, anlayışla yanaşmaq və doğru istiqamətləndirmək həyati əhəmiyyət daşıyır", - deyə Aydan Məmmədova vurğuladı.

Xədicə BAXIŞLI
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Avqust 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri