Trendyol da məşhur brendlərin məhsulları niyə baha satılır?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin aparıcı "e-ticarət" platforması "Trendyol"da məşhur brendlərin məhsullarının baha satılması Azərbaycandan olan alıcıların narazılığına səbəb olub.
Onlar bildiriblər ki, "Trendyol"da sözügedən brendlərin məhsulları iki-üç dəfə baha qiymətə satılır.
Alıcılar nümunə kimi İspaniyanın məşhur brendinin bir məhsulunu göstərərək qeyd ediblər ki, rəsmi səhifədə, habelə brendin Azərbaycan və Türkiyədə rəsmi satış mağazalarında 60 manata satılan çantanın qiyməti "Trendyol"da 120-160 manat aralığında dəyişir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən brendlərin "Trendyol"da rəsmi mağazası yoxdur.
Yəni "Trendyol"da öz bizneslərini idarə edən sahibkarlar brendlərin məhsullarını aldıqlarından daha baha qiymətə satmağı özləri seçiblər. Bu qiymətlər isə "Trendyol" tərəfindən müəyyənləşdirilməyib.
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 01 May 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















