“Trendyol” ötən ilin Azərbaycan üzrə alış veriş məlumatlarını paylaşdı
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması “Trendyol Azərbaycan”dan olan müştərilərinin 2024-cü il üzrə alış-veriş məlumatlarını paylaşır.
Ötən il ərzində “Trendyol Azərbaycan”a 20 milyondan çox məhsul göndərib. Müştərilərin ən çox sifariş etdiyi məhsullar qadın geyimləri, idman ayaqqabısı, kosmetika və dəriyə qulluq vasitələri və ev və mətbəx əşyaları olub. ‘’Trendyol’’dan ən çox sifariş olunan məhsullar arasında geyim 60%-dən yuxarı olmaqla yenə də birinci yeri tutub.
İl ərzində 500 milyondan çox ziyarət edilən “Trendyol” platformasının gündəlik aktiv istifadəçilərinin sayı 788 min nəfər təşkil edib.
Ən çox alış-veriş edənlər Bakı, Abşeron, Sumqayıt sakinləridir.
Ötən il Azərbaycandan bu platforma vasitəsilə sifariş edən müştərilərin 70%-i qadınlar olub.
“Trendyol” öz müştərilərinə tekstil məhsullarından elektronikaya, uşaq qidalarından ev dekorasiyasına qədər 1500-dən artıq kateqoriyada məhsul təqdim edir.
Hazırda “Trendyol”un Azərbaycanda 2 milyondan çox müştərisi var. Son iki ildə Trendyol tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.
“Trendyol” bu yaxınlarda Bakı Biznes Klubu tərəfindən “İlin ən yaxşı e-ticarət platforması’’ mükafatına layiq görülüb.
Baxış sayı:106
Bu xəbər 14 Fevral 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















