Icma.az
close
up
RU
TRIPP in tikintisi niyə yubanır?

TRIPP in tikintisi niyə yubanır?

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ermənistanda keçirilən son parlament seçkilərindən sonra Qafqazda sülh gündəliyinin daha da möhkəmlənəcəyi gözlənilsə də son dövrlər rəsmi İrəvanın prosesi yubatması müşahidə edilir. Nikol Paşinyanın 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyəti ilə bağlı açıqlaması Ermənistanın yaxın zamanlarda institutlaşmış sülhdə maraqlı olmamasından xəbər verir. Digər tərəfdən isə, Ermənistan yeni Konstitusiyasının layihəsinin hələ də geniş ictimaiyyətə təqdim edilməməsi də yaxın zamanlarda dayanıqlı sülhün əldə olunması ilə bağlı xeyili tərəddüdlər yaradır”.

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

O, bildirib ki, Azərbaycan isə beynəlxalq norma və prinsiplərə uyğun milli maraqlara əsaslanan sülh siyasətini davam etdirir:

“Azərbaycan regionda sülh gündəliyinin davam etdirilməsində maraqlıdır və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi artıq 18 milyon dolları keçib. Azərbaycan üzərindən Ermənistana yükdaşımalar davam edir. Bunlar ölkəmizin sülh gündəliyinə sadiqliyini bir daha təsdiq edir”. 

Onun fikrincə, bir tərəfdən Azərbaycan ilə iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduğunu bəyan edən, digər tərəfdən isə revanşist qüvvələri dəstəkləyən rəsmi İrəvanın sülh gündəliyinə sadiqliyinin səmimi olması şübhə yaradır:

“İqtisadi əlaqələrdə ən vacib elementlərdən biri olan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRİPP) tikintisi üçün tenderlər barədə heç bir məlumat yoxdur və podratçının kim olacağı bəlli deyil. Göründüyü kimi, Ermənistanın institutlaşmış sülhə hazır olmaması TRİPP-in tikintsinin də yubanmasına gətirib çıxarır. Region üçün vacib bu layihənin reallaşmasının yubanması ilə İrəvan əslində özünü iqtisadi dividentlərdən mərhum edir. Belə layihələrin reallaşması fundamental qərarlar və qətiyyətli hərəkətlər tələb edir. Razılaşdırılmış gündəliyi dəyişdirmək ümidi ilə bölgədə yeni düzəni gözləmək isə nəinki TRİPP-in tikintisini yubadar, bütövlükdə sülh gündəliyinə olan etimadı daha da sarsıda bilər”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri