Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

Rusiya niyə TRIPP “atır”?

Rusiya niyə TRIPP “atır”?

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kreml diplomatiyasının erməni mediasına cavabı

Əslində, hər şey çox sadə, eyni zamanda, mürəkkəbdir. Söhbət Tramp yolu, Tramp marşrutu və ya Beynəlxalq sülh və rifah naminə Tramp marşrutundan – TRIPP-dən gedir. Daha doğrusu, Rusiyanın ona münasibətindən.

Durum ona görə sadədir ki, TRIPP reallaşacağı təqdirdə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan birləşəcək və bu birləşmə Ermənistan ərazisi vasitəsilə gerçəkləşəcək. Məsələ o səbəbdən mürəkkəbdir ki, həmin yolun keçdiyi Ermənistan həm də Avrasiya İqtisadi İttifaqının üzvüdür. Hələ başqa məqamlar da var və Kremlin bu barədə mövqeyini Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti “Verelq” Analitik İnformasiya Mərkəzinin sorğusunu cavablandırarkən açıqlayıb. Mövzunu diqqətə çatdıran məhz bu qurumdur.

Yeri gəlmişkən, Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin bir neçə gün əvvəl ölkənin “İzvestiya” qəzetinə müsahibə vermiş və bildirmişdi ki, Moskva özünün TRIPP layihəsində mümkün iştirak parametrlərinin Ermənistanla müzakirəsinə hazırdır. Qaluzinin dediklərinin gözlənilməz olduğunu vurğulaya bilərik. Deməli, Rusiyanın bu yanaşmasının və israrının nəyə əsaslandığını anlamaq lazımdır. Rəsmi İrəvanın Moskvanı TRIPP-ə cəlb etmək niyyətinin yoxluğunu və layihənin yalnız erməni-amerikan birgə təşəbbüsü olduğunu vurğulamasını da həmçinin. O zaman sual yaranır: Rusiya qlobal proyektdə iştirakçılıq dedikdə nəyi nəzərdə tutur? Əslində, “Verelq”in ölkənin Xarici İşlər Nazirliyinə ünvanladığı sualın məğzində də məhz bu dayanırdı.

Deməli, Rusiya XİN-nin İnformasiya və Mətbuat Departamentinin cavabı onu deməyə əsas verir ki, Moskva “Tramp yolu”nu Azərbaycan ilə Naxçıvan arasında Ermənistanın cənubu vasitəsilə maneəsiz tranziti nəzərdə tutan yol kimi görür. Burada təəccüblü heç nə yoxdur. Təəccüblü olan Rusiyanın bu təşəbbüsün mahiyyətini və onun praktik detallarını anlamaqda çətinlik çəkməsidir. Sən demə, ölkənin məsələyə dair məlumatı yox imiş və ona görə bildirilir ki, “Tramp yolu” ilə bağlı mövqeyimizi saxlamışıq”. Amma...

“Əmması” Rusiya XİN departamentinin “obyektiv amillər” ritorikasına söykənir və qurum həmin amillərin nəzərə alınmasının vacibliyini vurğulayıb. Məsələn, “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti “Rusiya Dəmir Yolları” ASC-nin törəmə qurumu kimi Ermənistanın dəmir yolu şəbəkəsinin idarə olunması üzrə konsessiyaya malikdir. Müvafiq olaraq, regionda Rusiya dəmir yolunun ölçüsündən istifadə olunur. Üstəlik, “gələcək magistralın böyük hissəsi sərhədçilərimizin məsuliyyət zonası üzrə keçəcək”. Ən böyük “əmma” Avrasiya İqtisadi İttifaqının üzvü Ermənistanın bu qurumun vahid gömrük məkanına daxil olmasıdır.

Qeyd edək ki, Rusiya rəsmiləri Ermənistanın Avropa İttifaqına qoşulmasına dair söz-söhbətlər qalxanda bunun yolverilməzliyini İrəvanın Aİİ-yə üzvlüyü ilə əsaslandırırlar. Onlar eyni anda Aİİ-də və Aİ-də təmsilçiliyin mümkünsüzlüyünü vurğulayır, hətta Ermənistanı, bir növ, iqtisadi şantaja “qonaq edirlər”. Rusiya XİN-in cavabından gəlinən nəticə budur ki, eyni durum TRIPP müstəvisində də keçərlidir. Çünki Aİİ-nin vahid gömrük məkanı mövcuddur. Belə nəticəyə gəlmək mümkündür ki, hətta TRIPP adlı layihə olmasaydı belə, Ermənistanın Azərbaycanla sərhədləri açması reallaşmayacaqdı. Axı ölkəmiz Aİİ-yə üzv deyil və qurumun gömrük məkanında təmsilçiyimiz yoxdur.

Əslində, bu, anlaşılmaz məntiqdir. Ona görə ki, Aİİ-də yer almayan Azərbaycanın Aİİ-nin hərəkətverici qüvvəsi sayılan Rusiya ilə quru sərhədi var və həmin sərhəddən gediş-gəlişdə, həmçinin malların daşınmasında hansısa nəzəri-hüquqi problem, yaxud maneə yoxdur. Ermənistanla niyə olsun ki? Cavab sadədir. Problem və maneə qondarmaq üçün bəhanə yetərincədir.

Qondarmaqdan söz düşmüşkən, Rusiya XİN departamentinin ölkənin hərbçilərinin TRIPP-in yolu üstündə olduqlarını vurğulaması maraqlı məqamdır. O da məlumdur ki, Kreml təmsilçiləri bu ritorikanı layihənin elan edilməsindən dərhal sonra ortaya atmışdılar. Onların dediklərindən gəlinən qənaət bu olmuşdu ki, sanki qlobal layihə hərbçilərin işinə maneçilik törədə bilər. Halbuki, rus hərbçilərinin yoldan kənarda dayanmaları mümkündür. Mümkünlük üçün isə danışıqlar aparılmalıdır. İndi Rusiya tərəfi də dolayısı ilə bildirir ki, TRIPP-la əlaqədar danışıq aparılmalıdır. Rəsmi İrəvan isə məsələni özü ilə Vaşinqton arasında olan predmet kimi xarakterizə edir. Yəni, Ermənistan rəhbərliyi Moskva ilə mövzuya dair təmasın mümkünsüzlüyünü önə çəkir.

Amma Rusiya ilə təmas hər bir halda vacibdir. Birincisi, ölkənin yuxarıda haqqında söz açdığımız bəhanələri var, həmin bəhanələri xəfifə almaq olmaz. İkincisi, TRIPP, ümumən, regional əhəmiyyətə malikdir. Yəni, Moskvanın ondan bəhrələnməsinin nəzəri və praktik əsasları var. Məsələn, Ermənistanın Rusiyadan aldığı taxıl hazırda Azərbaycan vasitəsilə Ermənistana daşınır. Daşınma Gürcüstan üzərindən reallaşır. Əgər TRIPP fəaliyyətdə olsaydı, proses birbaşa gerçəkləşəcəkdi. Deməli, Rusiya dolayısı ilə qlobal proyektdə iştirak edə və ondan faydalana bilər. Məhz bu mənada hesab edirik ki, Ermənistan rəhbərliyinin TRIPP-in İrəvanla Vaşinqton arasında olduğunu vurğulayan açıqlaması, yumşaq desək, tələskənlikdir. Üstəlik, bu açıqlamada Rusiyanı qıcıqlandıran ton var.

Bir məqam da budur ki, Ermənistan Rusiyaya ölkənin əsas dəmir yolu şəbəkəsini Türkiyə və Naxçıvanla birləşdirən bir sıra digər sahələrin bərpasına qoşulmağı təklif edib. Rusiya XİN də erməni mediasına cavabında məsələdən söz açıb. Amma qurumun informasiyaya məsul departamenti onu da bildirib ki, mütəxəssislər bu istiqamətlər üzrə, eləcə də ümumən regionda tranzit üçün potensial yük bazasını təhlil etməlidirlər. Ən əsası, “həmçinin vacibdir ki, “Tramp yolu” layihəsi üçüncü ölkələrə – Rusiyaya, İrana və Çinə qarşı yönəlməsin. Bütün bu məsələlər qarşılıqlı əlaqəlidir və kompleks şəkildə həll edilməlidir”.

Bəli, Rusiyanın anti-Amerikan ictimai rəyinin süngü ritorikasına deyil, ölkə XİN-nin İnformasiya və Mətbuat Departamentinin bildirdiklərinə nəzərən belə anlamaq mümkündür ki, Moskva prinsip etibarilə, TRIPP-nin əleyhinə deyil, amma qlobal layihənin özünə qarşı yönəlməsini istəmir. Hərçənd, indiki durumda TRIPP-in anti-Rusiya məramının olduğunu söyləmək mümkünsüzdür. Layihənin iqtisadi faydaları qabardılır və daha çox sülh motivi açıqlanır. Elə isə sual yaranır: Sülh və rifah niyə anti-Rusiya mahiyyəti daşısın?

Digər tərəfdən, Rusiya XİN bildirir ki, “biz regionda nəqliyyat və iqtisadi əlaqələrin tam şəkildə blokadadan çıxarılmasının, Cənubi Qafqaz ölkələrinin və onların birbaşa qonşularının maraqları nəzərə alınmaqla, ədalətli və balanslaşdırılmış əsasda bütün məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olmuşuq və qalmaqda davam edirik”. Buna razı olmayan kimsə varmı? Bu məqamı həm Ermənistan, həm Azərbaycan, həm də ABŞ rəsmiləri vurğulayırlar. O zaman ortaya daha bir sual çıxır: Rusiya nədən ehtiyatlanır? Cənubi Qafqazdakı mövcudluğunu, regiona təsirini itirməkdənmi? Görəsən, söhbət hansı mövcudluqdan və təsirdən gedir? Yada yenə Ermənistandakı rus hərbçiləri düşür. Yoxsa, ölkə üçün prioritet yalnız hərbi mövcudluq və heç nəyə yaramayan jandarmeriya funksiyasıdır? Əslində, suallar çoxdur. Hələlik bu qədər.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see339

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see281

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see246

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see242

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see236

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see235

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see226

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see226

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see217

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see217

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see205

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see205

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see204

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see202

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see200

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see196

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see188

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri