TRIPP layihəsi ilə bağlı mühüm tarix KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası regionda iqtisadi əməkdaşlığın genişlənməsi və yeni tranzit imkanlarının yaranması baxımından mühüm əhəmiyyət daşıyır. TRIPP layihəsi çərçivəsində iki ölkə arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması da bu istiqamətdə atılacaq addımlardan biri hesab olunur. Bəs layihənin icrasına nə vaxt başlanacaq və dəmir yolu bağlantısının hansı tarixədək istifadəyə verilməsi gözlənilir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, TRIPP layihəsi çərçivəsində Azərbaycan və Ermənistan arasında dəmir yolu xəttinin yaradılması nəzərdə tutulur. Onun fikrincə, 2027-ci ildə layihə üzrə işlərə başlanılması gözlənilir.
Politoloq bildirib ki, sözügedən layihə təkcə Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin qurulmasına deyil, həm də iqtisadi əməkdaşlığın genişlənməsinə və Şərqlə Qərb arasında dəmir yolu bağlantısının inkişafına şərait yaradacaq:
“TRIPP layihəsi Cənubi Qafqazda siyasi və iqtisadi transformasiyaya səbəb ola bilər. Azərbaycan Ermənistanın bu layihəni daha tez həyata keçirməsində maraqlıdır və bunun üçün səylər göstərir. ABŞ-ın özəl şirkəti də bu istiqamətdə müvafiq işlər aparır”.
M.Əsədullazadə qeyd edib ki, Ankara, Bakı və İrəvan arasında bu istiqamətdə müəyyən addımlar atılır. Onun sözlərinə görə, layihənin reallaşdırılması prosesində əsas məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.
Politoloq hesab edir ki, 2027-ci ildə işlərə başlanılması gözlənilsə də, dəmir yolu əlaqəsinin tam olaraq hansı tarixdə istifadəyə veriləcəyi layihənin icra prosesindən və tərəflərin atacağı praktiki addımlardan asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 05 Oktyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















