Icma.az
close
up
RU
TRIPP layihəsi MDB ölkələri üçün də yeni imkanlar açır Paşinyan

TRIPP layihəsi MDB ölkələri üçün də yeni imkanlar açır Paşinyan

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

TRIPP layihəsi MDB ölkələri üçün də yeni ixrac və idxal imkanları açır. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın MDB Şurasının iclasındakı çıxışı zamanı deyib. 

"Prezident Trampın təşəbbüsü ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitindən sonra biz Prezident İlham Əliyevlə bəyannamə qəbul etdik ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişələrlə əvvəlcədən müəyyən edilməmiş parlaq gələcəyə doğru yol müəyyənləşdirməyin zəruriliyini tanıyır.

Həmin Bəyannamədə biz Ermənistan və Azərbaycan liderləri regionda və onun qonşuluğunda sülh, sabitlik və rifahı təşviq etmək üçün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında daxili, ikitərəfli və beynəlxalq daşımalar üçün ölkələrimiz arasında kommunikasiyaların açılmasının vacibliyini bir daha təsdiq etdik.

Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə, beynəlxalq və daxili rabitə baxımından Ermənistan Respublikası üçün qarşılıqlı fayda gətirməklə maneəsiz əlaqəni əhatə etməlidir.

Həmçinin qeyd olunub ki, Ermənistan Respublikası Amerika Birləşmiş Ştatları ilə işləyəcək və Ermənistan Respublikası ərazisində “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) kommunikasiya proqramının həyata keçirilməsi çərçivəsini müəyyən etmək üçün üçüncü tərəflərlə qarşılıqlı razılığa gəlib.

TRIPP layihəsi Ermənistana Azərbaycan və digər MDB üzvü olan dövlətlərlə dəmir yolu və digər nəqliyyat əlaqələri yaratmağa imkan verir. TRIPP layihəsi MDB ölkələri üçün də yeni ixrac və idxal imkanları açır", - deyə o qeyd edib. 

Paşinyanın sözlərinə görə, Vaşinqton sammitindən əvvəl, hələ bu ilin martında Ermənistan və Azərbaycan “Sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş” layihəsini razılaşdıra biliblər: "Bu sənəd həm də 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad edir.

Bu kontekstdə tərəflər keçmiş SSRİ Sovet Sosialist Respublikaları arasında sərhədlərin müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə ekvivalent çevrildiyini başa düşdüklərini bir daha təsdiq etdilər. Müvafiq olaraq, Ermənistan və Azərbaycan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edir.

Bu o deməkdir ki, hər iki dövlət Ermənistan Respublikasının ərazisinin Ermənistan Sovet Sosialist Respublikasının ərazisi ilə eyni olduğunu, Azərbaycan Respublikasının ərazisinin isə Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi ilə eyni olduğunu və bu əraziləri əhatə edən sərhədlərin toxunulmaz olduğunu tanıyır.

Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” Ağ Evdə ABŞ Prezidentinin, Azərbaycan Prezidentinin və mənim iştirakımla iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflandı. Ümid edirəm və əminəm ki, biz yaxın gələcəkdə bu sazişi imzalayacağıq və ratifikasiya edəcəyik.

Maraqlıdır ki, 2024-cü ildə Ermənistan və Azərbaycan ilk ikitərəfli sənədi imzalayıb və ratifikasiya ediblər. Bu, iki ölkənin baş nazirinin müavinləri tərəfindən imzalanmış və həm Ermənistanda, həm də Azərbaycanda ratifikasiya olunmuş, ən yüksək hüquqi qüvvəyə malik olan iki ölkənin Sərhəd Demarkasiyası Komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamədir.

Bu reqlament həm də Birliyin təsis sənədini, 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında dövlətlərarası sərhədin demarkasiyası üçün əsas prinsip kimi təsbit edir. Bu prinsip əsasında 2024-cü ildə ölkələrimiz arasında dövlət sərhədinin təxminən 12 kilometrlik hissəsi müəyyən edilib".

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri