Paşinyan: İrəvan TRIPP layihəsi üçün Aİ dən sərmayə gözləyir
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Ermənistan Aİ-nin spesifik investisiya proqramlarını və “Sülh kəsişməsi” layihəsində, o cümlədən TRIPP (Trump Route) layihəsində iştirak gözləyir.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
"Ermənistan-Avropa İttifaqı Strateji Tərəfdaşlıq Gündəliyinin təsdiqi münasibətlərdə mühüm dəyişiklik və inkişafdır. İnvestisiyalara gəlincə, Vaşinqton razılaşmalarından və TRIPP layihəsinin elanından sonra Ermənistanda investisiya marağı əhəmiyyətli dərəcədə artıb və biz təbii olaraq Aİ-nin infrastruktur layihələrində çox spesifik iştirakı və mövcudluğu ilə maraqlanırıq. Aİ ilə gələcək münasibətlərimiz dərinləşəcək və inkişaf edəcək və təbii ki, "Sülh kəsişməsi", habelə TRIPP layihəsi çərçivəsində konkret investisiya proqramlarını və Aİ-nin iştirakını gözləyirik", - Paşinyan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 04 Dekabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















