TRIPP şirkətinin yaradılması Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək? AÇIQLAMA
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaşinqtonda Ermənistan və ABŞ-nin birgə təşəbbüsü olan TRIPP inkişaf şirkətinin yaradılması təsdiqlənib. Şirkət ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional əlaqələrin gücləndirilməsinə xidmət edəcək. Məlumata görə, TRIPP dəmir yolları, avtomobil yolları, boru kəmərləri və digər iri infrastruktur layihələrinin həyata keçirilməsinə dəstək verəcək.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən politoloq Əli Mustafa bildirdi ki, əslində, uzun illərdir istədiyimiz məsələlərdən biri Zəngəzur dəhlizinin açılması idi:
"Bu dəhlizin açılması həm Orta Dəhlizin daha iri həcmdə yük qəbul etməsinə və yükdaşıma imkanlarının genişlənməsinə şərait yaradar, həm də Azərbaycandan Naxçıvana və Türkiyəyə daha qısa, daha əlverişli və ənənəvi nəqliyyat marşrutunun bərpasını təmin edər. Əlbəttə, ABŞ-nin bu layihəni maliyyələşdirməsi və təhlükəsizlik məsələlərini öz üzərinə götürməsi həm də Rusiyadan və İrandan gələn təhlükə və təhdidlərin ciddi şəkildə neytrallaşdırılmasına xidmət edir. Bu baxımdan layihə müsbət qiymətləndirilə bilər. Region ölkələri arasında əməkdaşlığın inkişafı baxımından da böyük əhəmiyyət daşıyır. Uzun illər qarşıdurma və müharibə şəraitində yaşayan Azərbaycan və Ermənistan dəhliz açıldıqdan sonra əməkdaşlıq etməyə məcbur olacaqlar. Bu isə bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verən layihə kimi çıxış edir".
Həmsözhəbtimiz qeyd etdi ki, yükdaşımalar hesabına ölkəyə əlavə gəlirlərin daxil olması da mühüm amildir:
"Bu, ölkədə rifahın yüksəldilməsi üçün yeni maliyyə mənbələrinin formalaşmasına imkan yaradır. Məhz buna görə də bu layihəni və onunla bağlı planları müsbət qiymətləndirirəm. Eyni zamanda, ABŞ-nin region ölkələri ilə əməkdaşlığının inkişafı, o cümlədən Ermənistanla münasibətlərinin genişlənməsi, digər tərəfdən Azərbaycanla əməkdaşlığın dərinləşməsinə və təhlükəsizlik məsələlərinin daha etibarlı şəkildə təmin olunmasına xidmət edə bilər. Ən vacib məqamlardan biri də odur ki, Azərbaycanla Naxçıvan arasında daha qısa və səmərəli nəqliyyat əlaqəsi yaradılır. Bununla yanaşı, türk dünyasını birləşdirən mühüm ticarət marşrutu da tam işlək vəziyyətə gəlir. Şübhəsiz ki, bu yol regionun təhlükəsizliyi və iqtisadi inkişafı baxımından da mühüm amil kimi çıxış edir".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 04 İyun 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















