Icma.az
close
up
RU
Rusiya oyundankənar vəziyyətdə: Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək

Rusiya oyundankənar vəziyyətdə: Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

"Zəngəzur dəhlizi faktiki olaraq, təkcə Azərbaycanın problemi deyil, Asiya və Avropanı əlaqələndirən ən effektli layihəllərdən biridir". 

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki, bu problem  Amerika da daxil olmaqla, dünyanın əksər ölkələrinin maraq dairəsindədir: "Hər biri istəyir ki, Zəngəzur dəhlizi tezliklə təhlükəsiz şəkildə açılsın, Asiya və Avropa arasında daha qısa və effektiv iqtisadi  kanal yaradılsın. Ona görə də biz Zəngəzur dəhlizinin açılmasını istəməsək belə, daha böyük qüvvələr  açılmanı təmin edəcəklər. Bizə isə ikiqat xeyir edir. Həm Avropa- Asiya kommunikasiyasının ərazimizdən keçəcək, həm də Türkiyə və Naxçıvan əlaqələri yüksək səviyyədə genişlənəcək. Bütün bunlara görə biz daha çox maraqlıyıq, Amma, unutmaq olmaz ki,  Zəngəzur dəhlizi məsələsi, beynəlxalq layihə olduğuna görə, bütün ağırlığı Azərbaycanın üstünə salmaq olmaz. Azərbaycan böyük ölkələrin maraqlarını aydın şəkildə ifadə edib, onları bu proseslərə qoşmalıdır”.

S.Cəlaloğlu vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında yenidən iriçaplı müharibə  gözlənilmir: Gərginlik yaranacağı təqdirdə danışıqlar müstəvisində həll olunacaq. Əvvəlki dövrlərdə münasibətlərin hərb yolu ilə həll olunmasının əsas səbəbi, torpaqlarımızın işğal altında olması idi. İndi əlaqələrin açılması  beynəlxalq hüququn dispozitiv normalarına aiddir. Ermənistan hazırda həm Azərbaycanla iqtisadi əməkdaşlıq edə bilər, həm də başqa ölkə ilə əlaqələrini gücləndirə bilər. Burada heç bir imperativ norma yoxdur. Əsas imperativ norma təhlükəsizlik məsələləri ilə bağlıdır. Burada da üç norma mövcuddur - beynəlxalq münasibətlərə güc tətbiq edilməsindən imtina, sərhədlərin zorakı dəyişdirilməsindən imtina və daxili işlərə qarışmamaq”.

Partiya sədri qeyd edib  ki, indiki halda Zəngəzur dəhlizi məsələsinə bu kontekstdən yanaşılmalıdır:  "Ermənistan Azərbaycanla əlaqələri gücləndirib, iqtisadi, ticari əməkdaşlıqlar aparmaq istəyirsə, könüllü şəkildə bu yolu açmalıdır. Əslinə baxsaq, Ermənistan da yolun açılmasını inkar etmir, sadəcə olaraq  yolun mühafizəsinin kimdə olacağı məsələsi ortaya çıxır. İndiyə qədər belə bir məsələ var idi ki, Rusiya təminatçı olsun. Azərbaycan da bu məsələdə Rusiyanın təzyiqi ilə çox ciddi mövqe ortalığa qoymuşdu ki, mütləq şəkildə nəzarət Rusiyada olmalıdır.  Ermənistan ya özü nəzarət etmək istəyir, ya da Rusiyadan fərqli qüvvələrin nəzarətini istəyir.  Son vaxtlar təyyarə qəzasından sonra Azərbaycanla Rusiya arasında kifayət qədər gərginlik yaranıb. Azərbaycan indiyə qədər Rusiyanın xeyri naminə hətta öz xeyirlərindən də imtina edib. Artıq bu siyasətdən imtina edəcək, Eləcə də, Amerika vəAvropa ilə qarşıdurma siyasətindən imtina edəcək. Bu isə Zəngəzur dəhlizi məsələsinin həll olunması prosesini sürətləndirəcək”.


Tehran Yusifli,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://sitat.info
archiveBu xəbər 11 Yanvar 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri