Icma.az
close
up
RU
Troya atı nı orada sürə bilməyəcək POLİTOLOQ ŞƏRH ETDİ

Troya atı nı orada sürə bilməyəcək POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

"Avropa İttifaqı artıq başa düşür ki, onun üçün Ermənistanda yolun sonudur. Yəni, durum budur. Əvvəlki – belə deyək – "Troya atı"nı orada sürə bilməyəcək. Bunu yaxşı anlayır. Mümkün qədər çalışırdı ki, oradakı imkanlarını artırsın, amma artıq məsələ bəllidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları məsələyə əl qoyduğu üçün Avropa İttifaqı burada bir qədər geri planda qalıb. Məncə, bu vəziyyət Avropa İttifaqını məcbur edəcək ki, Amerika Birləşmiş Ştatlarının Ermənistanda formalaşdırmaq istədiyi özünə məxsus missiyanı dayandırsın və ABŞ-ın Azərbaycan və Ermənistanla imzaladığı anlaşmalara uyğun davranmağa məcbur olsun: "Təbii ki, Avropa İttifaqı daxilində əsas oyunçulardan biri olan Fransa üçün bu uyğun deyil, bu ona sərf etmir. Amma istər istəyərək, istər istəməyərək də olsa, Fransa anlayır ki, həm Avropa İttifaqı adından, həm də öz adından ABŞ qarşısında davam gətirə bilməyəcək. Bu səbəbdən də Cənubi Qafqaz siyasətində geri addımlar atacaq. Böyük ehtimalla bu proses təkcə Ermənistanda deyil, Avropa İttifaqının öz daxilində də baş verəcək. Mən düşünürəm ki, Fransa da, Avropa İttifaqının digər ölkələri də bu reallığı qəbul edəcək və bu istiqamətdə siyasət yürütməyə başlayacaqlar. Cənubi Qafqaz məsələsi artıq fərqlidir. Azərbaycan bir reallıq yaradıb və bu reallığı artıq hər kəs qəbul edir. Ortada olan bu reallıq görünür və siyasi proseslər Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir. Böyük ehtimalla, bu proses gələcəkdə də bu cür davam edəcək. Sülh gündəliyi məsələsi necə ki, Azərbaycanın maraqlarına uyğundur, artıq Ermənistanı da maraqlandırmalıdır. Çünki Ermənistanın başqa alternativi yoxdur və bu alternativlərdən maksimum istifadə etməyə çalışmalıdır. Belə deyək, Cənubi Qafqazda formalaşdırılmış o "dırnaqarası missiya" artıq geri çəkilməlidir. O missiya oradan çıxarılmalıdır. Çünki Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin 17-ci maddəsində bu məsələ – yəni xarici qüvvələrin, silahlı və qeyri-silahlı qruplaşmaların geri çəkilməsi ilə bağlı öhdəliklər yer alır. Bu baxımdan düşünürəm ki, məsələ artıq bizim üçün yekunlaşıb və yaxın vaxtlarda Avropa İttifaqı da bu reallıqla barışaraq, Ermənistandakı formalaşdırmaq istədiyi missiyanı geri çəkməyə məcbur olacaq".

Müəllif: Ziya Hikmətoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri