Tualetin qapağını açıq qoymayın: Bunu birdəfəlik xatırlamalısınız
Icma.az, News24 saytına istinadən bildirir.
Bir çox insan tualet qapağını yalnız estetik və ya texniki detal kimi görür.
News24.az xəbər verir ki, halbuki bu “kiçik” element əslində evdə gigiyenanın qorunmasında mühüm rol oynayan vacib müdafiə vasitəsidir. Ekspertlər və alimlər tualet qapağının bağlı saxlanmasının sağlamlıq və təhlükəsizlik baxımından nə qədər önəmli olduğunu xatırladıb.
Tualet qapağını açıq buraxmaq, xüsusilə də kiçik və ya birləşdirilmiş sanitar qovşaqlarda xoşagəlməz qoxuların bütün otağa yayılmasına səbəb olur. Qapağın bağlı qalması isə bu qoxuların qarşısını alan fiziki maneə funksiyası daşıyır və vanna otağında daha təmiz və təravətli atmosferin qorunmasına kömək edir.
Ən təhlükəli məqam isə bakteriyaların yayılması ilə bağlıdır. “Science of the Total Environment” jurnalında dərc edilən alimlərin araşdırmalarına görə, tualetdə suyu çəkərkən yaranan güclü təzyiq nəticəsində nəcis mənşəli mikroorqanizmlər daşıyan mikroskopik damcılar havaya qalxır.
Bu damcılar:
2 metrə qədər məsafəyə uça bilər, dəsmalların, diş fırçalarının və digər şəxsi gigiyena vasitələrinin üzərinə çökə bilər. Görünmədən yayılır, lakin sağlamlıq üçün ciddi risk yaradır
Sadəcə tualeti yuyarkən qapağı bağlamaq, bu təhlükəni əminliklə 80%-ə qədər azalda bilər.
Başqa bir az bilinən, lakin real təhlükə isə həşəratlar və hətta gəmiricilərdir. Xüsusilə köhnə və ya nasaz kanalizasiya sistemlərində, açıq qapaq gəmiricilərin və ziyanvericilərin evə giriş nöqtəsinə çevrilə bilər. Qapaq bu hallarda sadə, lakin effektiv müdafiə vasitəsidir.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 14 İyul 2025 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















