Icma.az
close
up
RU
Tufan Sadıqovun klubu 4 aydı, futbolçulara maaş ödəmir!

Tufan Sadıqovun klubu 4 aydı, futbolçulara maaş ödəmir!

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həmyerlimiz Tufan Sadıqovun sahibi olduğu Türkiyənin 1-ci liqa təmsilçisi ''Serikspor''da maddi cəhətdən problemlər yaşamaqda davam edir.
"Football-plus.az" xəbər verir ki, bu klub mövsümə Sergey Yuranın başçılığı altında başlamışdı. Amma rusiyalı mütəxəssislə oktyabrın sonlarında yollar ayrılmışdı. Onun ayrılığı maddi səbəblər üzündən baş vermişdi. Yayda ''Serikspor''a transfer olunan Dmitri Tixi də 4 aydan çoxdu, pulunu ala bilmədiyini iddia edərək müqaviləsini birtərəfli şəkildə ləğv edib.
Türkiyəyə gələnə qədər Ermənistan təmsilçisi ''Urartu''da forma geymiş 33 yaşlı rusiyalı müdafiəçi bunları deyib:

''Maaşım verilmədiyi üçün kluba müraciət etdim. Ayın 20-dən sərbəst futbolçuyam və yeni təklifləri nəzərdən keçirirəm. Ümid edirəm ki, qışda özümə yeni klub tapacam. Sergey Yuran bu layihədə iştirak etməyi təklif edəndə düşünmədən razılaşdım. Çünki onu çoxdan tanıyırdım. Həm də Türkiyədə oynamaq mənə maraqlı gəldi. Futbol baxımından Serikdə hər şey məni qane etdi. Yeni çempionatı kəşf etdim. Daimi oynamaq fürsəti qazandım. Gözümdən aldığım zədə üzündən cəmi bir neçə oyunu qaçırmalı oldum. Ancaq maddi baxımdan vəziyyət bərbad idi. 4,5 ay ərzində bir dəfə də olsun maaş almadım. Elə digər futbolçularda da eyni durum yaşanır. Tez-tez yönəticilərlə danışıb vəziyyətin nə yerdə olduğunu soruşurduq. Hər dəfə bizə ''səbr edin, bütün pullarınızı ödəyəcəyik'' deyirdilər. Biz oynamaqda davam etdik. Amma bir nöqtədən sonra insanın səbri tükənməyə başlayır. Bir çoxumuzun ailəsi, uşaqları var. Ona görə də müqaviləni ləğv etməli oldum''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Noyabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri