“Serikspor”dan ayrılan futbolçu Tufan Sadıqovun oğlu haqda nə dedi?
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyada “Ximki”ni batırandan sonra Türkiyə futboluna əl atan və “Serikspor”un səhmlərinin 50 faizini alan azərbaycanlı iş adamı Tufan Sadıqov qardaş ölkədə də klubu normal şəkildə idarə edə bilmir.
"Football-plus.az" xəbər verir ki, 1-ci liqada mübarizə aparan “Serikspor” ciddi maliyyə problemi yaşayır. Oyunçular bir-bir başını götürüb qaçır. Rusiyalı mütəxəssis Sergey Yuran ilə yolları ayırandan sonra Sinan Paşalı ilə anlaşan klub 1-ci liqada 19 oyuna topladığı 26 xalla 12-ci pillədə qərarlaşıb. Artıq Kirill Qotsuk, İlya Berkovski, Dmitri Tixi, Markos Silva və Joao Amaral kimi legionerlər də klubdan ayrılıb. Bu arada Qotsuk vətəni Rusiya mətbuatına “Serikspor”la bağlı diqqətçəkən açıqlamalar verib.
Təcrübəli müdafiəçi bu klubda forma geyən Tufan Sadıqovun oğlu İlya Sadıqov haqda da danışıb:
“Mən “Serikspor”a gələnə qədər İlya Sadıqovu tanımırdım. Yalnız Sergey Yurana arxalanaraq təklifi qəbul etdim. Eləcə də bir sıra futbol adamları və həyat yoldaşımla da məsləhətləşdim. Ümumi fikir belə idi ki, eyni hadisə ikinci dəfə təkrarlana bilməz. Yəni Tufan Sadıqovun klubunun bu dəfə də maddi problemlərlə üzləşmək ehtimalı az idi. “Serikspor” artıq rəsmi şəkildə mənə borclu olduğunu etiraf edib. Qarşılıqlı anlaşaraq yollarımızı ayırmışıq. Amma pulu ödəməyiblər. Borc ödənilməsə, FİFA-ya müraciət edəcəm. İlya Sadıqov? Əslində o, normal oğlandı. Kimsə ondan hansısa məsələ ilə bağlı yardım istədikdə həmişə yardım əlini uzatmağa hazır olur. Hiss olunur ki, yaxşı tərbiyə alıb. Halbuki pullu ailələrdə çox vaxt bunun tam əksini görürük. Valideynləri varlı olan uşaqlar, adətən başqa cür tərbiyə alır. Rusiyalı futbolçulara və legionerlərə tez-tez kömək edirdi. İlya yaxşı futbolçudumu? Belə deyim, hamı hər şeyi görür və bilir (gülür). Rusiyalılarla türkiyəlilər arasında əsas fərq nədədi? Dəqiqlikdə. Biz sabahdan danışırıqsa, deməli, həmin hadisə sabah olacaq. 11.00 deyiriksə, deməli, ya 11.00, ya da ondan tez olacaq. Türkiyədə isə “sabah” deyirlərsə, ən yaxşı halda bu hadisə iki gündən sonra olacaq. Və ya 11.00 deyirlərsə, deməli, ən yaxşı halda 11.20-də olacaq. Özü də qeyri-dəqiqlik onlarda pis bir şey kimi qəbul olunmur. Sadəcə, həyat tərzləri belədi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 09 Yanvar 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















