TÜİB in təşkilatçılığı ilə işgüzar səhər yeməyi baş tutdu Fotolar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
31 yanvar 2026-cı il tarixində TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirin məqsədi Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, iş dünyasının aktual məsələlərinin müzakirəsi və yeni tərəfdaşlıqların qurulması olub.
İşgüzar səhər yeməyində Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, TÜİB üzvləri və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.
Toplantıda çıxış edən səfir Birol Akgün Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini qeyd edərək, işgüzar dairələr arasında əlaqələrin genişlənməsinin qarşılıqlı investisiya mühitinə müsbət təsir göstərdiyini vurğulayıb. Səfir, türk və azərbaycanlı iş adamlarının üçüncü ölkələrdə birgə fəaliyyətinin əhəmiyyətinə toxunaraq, xüsusilə Türk dünyasında geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışında Azərbaycanda sahibkarlığın inkişafına yönəlmiş dövlət dəstək mexanizmləri, yerli və xarici investorlar üçün mövcud imkanlar, eləcə də agentliyin biznes ictimaiyyəti ilə əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verib.
TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat çıxışında Türkiyə–Azərbaycan iqtisadi əlaqələrinin inkişaf perspektivlərinə toxunaraq, Birliyin iş adamları arasında əməkdaşlığın gücləndirilməsi, yeni biznes imkanlarının yaradılması və iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirdiyini qeyd edib.
Tədbir çərçivəsində II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun keçirilməsində dəstək göstərən şirkətlərə təşəkkür plaketləri təqdim olunub.
İşgüzar səhər yeməyinin mühüm hissələrindən biri kimi TÜİB ilə qurumun üzvü olan “Business Service Centre” (BSC) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun imzalanmasından sonra “Business Service Centre” tərəfindən “Vergilərdə dəyişikliklər” mövzusunda qısa təqdimat keçirilib. Təqdimatda vergi qanunvericiliyində baş verən son dəyişikliklər və onların sahibkarlıq fəaliyyətinə təsiri barədə ətraflı məlumat verilib.
Tədbir “networking” və sərbəst ünsiyyət formatında davam edib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və yeni əməkdaşlıq imkanları müzakirə olunub.






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 31 Yanvar 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















