Icma.az
close
up
RU
TÜİB in təşkilatçılığı ilə “Türkiyə Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib

TÜİB in təşkilatçılığı ilə “Türkiyə Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


31 yanvar 2026-cı il tarixində TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi təşkil olunub.
Newscenter.az xəbər verir ki, tədbirin məqsədi Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, iş dünyasının aktual məsələlərinin müzakirəsi və yeni tərəfdaşlıqların qurulması olub.
İşgüzar səhər yeməyində Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, TÜİB üzvləri və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.

Toplantıda çıxış edən səfir Birol Akgün Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini qeyd edərək, işgüzar dairələr arasında əlaqələrin genişlənməsinin qarşılıqlı investisiya mühitinə müsbət təsir göstərdiyini vurğulayıb. Səfir, türk və azərbaycanlı iş adamlarının üçüncü ölkələrdə birgə fəaliyyətinin əhəmiyyətinə toxunaraq, xüsusilə Türk dünyasında geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışında Azərbaycanda sahibkarlığın inkişafına yönəlmiş dövlət dəstək mexanizmləri, yerli və xarici investorlar üçün mövcud imkanlar, eləcə də agentliyin biznes ictimaiyyəti ilə əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verib.
TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat çıxışında Türkiyə–Azərbaycan iqtisadi əlaqələrinin inkişaf perspektivlərinə toxunaraq, Birliyin iş adamları arasında əməkdaşlığın gücləndirilməsi, yeni biznes imkanlarının yaradılması və iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirdiyini qeyd edib.

Tədbir çərçivəsində II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun keçirilməsində dəstək göstərən şirkətlərə təşəkkür plaketləri təqdim olunub.
İşgüzar səhər yeməyinin mühüm hissələrindən biri kimi TÜİB ilə onun üzvü olan Business Service Centre (BSC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun imzalanmasından sonra Business Service Centre tərəfindən “Vergilərdə dəyişikliklər” mövzusunda qısa təqdimat keçirilib. Təqdimatda vergi qanunvericiliyində baş verən son dəyişikliklər və onların sahibkarlıq fəaliyyətinə təsiri barədə ətraflı məlumat verilib.

Tədbir networking və sərbəst ünsiyyət formatında davam edib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 Yanvar 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri