TÜİB: Logistika sahəsində tariflərlə bağlı çətinliklər aradan qaldırılır
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Regionda logistika sahəsində tariflərə bağlı Gürcüstanın qoşulduğu bəzi razılaşmalar səbəbindən çətinliklər var və bunlar aradan qaldırılır.
Newscenter.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Büyükfırat bildirib.
Onun sözlərinə görə, regionda ən mühüm məsələlərdən biri logistikadır: "Azərbaycan bu baxımdan kilid ölkələrdən biridir. Mövcud ehtiyaclarla bağlı işlər görülür – Zəngəzur dəhlizi, yeni avtomobil və dəmir yollarının tikintisi, liman layihələri və s. Qazaxıstan tərəfində də Türkiyə şirkətlərinin liman və gəmiqayırma ilə bağlı iştirakı var. Xəzər dənizində iri tonnajlı gəmilərin çatışmazlığı problemi var idi, hazırda gəmiqayırma ilə bağlı layihələr həyata keçirilir. Bu istiqamətdə "YDA Holdinq"in çox ciddi planları var. TÜİB daxilində logistika komitəsi fəaliyyət göstərir və bu sahədə mütəmadi hesabatlar hazırlayır".
Bu mövzuda digər xəbərlər:Yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklər aradan qaldırılır ADY
05 Noyabr 2025 11:31
TÜİB in 6 cı ümumi yığıncağı keçirilib
30 May 2025 16:29
ADY və ATƏT arasında nəqliyyat logistika sahəsində əməkdaşlıq...
25 Aprel 2025 18:22
Qazaxıstan və Çin nəqliyyat logistika sahəsində əməkdaşlığı genişləndirir
14 Fevral 2025 20:35
Qazaxıstan və Gürcüstan nəqliyyat logistika sahəsində əməkdaşlığı genişləndirir
17 Oktyabr 2025 02:01
Baxış sayı:94
Bu xəbər 10 Dekabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















