Icma.az
close
up
RU
TÜİB in 6 cı ümumi yığıncağı keçirilib

TÜİB in 6 cı ümumi yığıncağı keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 may, AZƏRTAC

“Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin (TÜİB) 6-cı seçkili ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlanıb.

Ümummilli Lider Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Mustafa Kemal Atatürk və hər iki qardaş ölkənin bütün şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə TÜİB-in ötən dövr ərzindəki fəaliyyətinə dair təqdimat nümayiş olunub. Təqdimatda birliyin gördüyü işlər, həyata keçirilən layihələr və gələcək hədəflər barədə ətraflı məlumat verilib.

Açılış nitqləri ilə çıxış edən TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat iki qardaş ölkə arasındakı iqtisadi əməkdaşlığın gücləndirilməsində birliyin rolunu vurğulayıb və yeni dönəmdə daha böyük məqsədlərlə yola davam ediləcəyini bildirib. O, həmçinin TÜİB-in yalnız iqtisadi və ticarət sahəsində deyil, sosial-mədəni sahədə həyata keçirdiyi layihələrlə də iki ölkə arasındakı qardaşlıq münasibətlərinin inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyə Ticarət nazirinin müavini Mahmut Gürcan, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxış edərək TÜİB-in fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında bu kimi birliklərin əhəmiyyətini vurğulayıblar.

Rəsmi çıxışlardan sonra 6-cı ümumi yığıncağın seçkilərinə start verilib və TÜİB-in yeni idarə heyətinin seçilməsi prosesi həyata keçirilib. Səsvermə nəticəsində Hüseyin Büyükfırat yenidən sədr seçilib. Həmçinin Savaş Uzan, Şahin Məmmədov, Selçuk Demir, Necmeddin Taşbağ, Selim Akbay, Lokman Biter, Rəna Məmmədova, Azər Mirzəyev, Günay Ağayeva, Salih Tüfekçi, Kerem Demir, Ahmet Köse, Yılmaz Nalkıran, Oktay Vayiç səsvermə nəticəsində idarə heyətinin üzvləri seçiliblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri