Icma.az
close
up
RU
Tullantı suları problem yox, resurs ola bilər ADSEA rəsmisi

Tullantı suları problem yox, resurs ola bilər ADSEA rəsmisi

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Tullantı suları və ətraf mühitin monitorinqi sahəsində uğurlu nəticələr əldə etmək üçün ilk növbədə bütün aidiyyəti qurumları bir araya gətirən vahid platforma yaradılmalıdır".

Metbuat.az xəbər verir ki, bu fikirləri İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il İllik Toplantıları çərçivəsində keçirilən "Regional sağlamlıq təhlükəsizliyinə investisiya: Tullantı suları və ətraf mühitin monitorinqinə fokus" mövzusunda panel müzakirəsində çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm Departamentinin rəhbəri Riad Axundzadə səsləndirib.

O bildirib ki, qərarvermə prosesinin daha səmərəli təşkili üçün yalnız su təsərrüfatı qurumları deyil, Səhiyyə, Maliyyə, İqtisadiyyat, Ekologiya nazirlikləri və digər dövlət qurumları da vahid platformada təmsil olunmalıdır.

"Tullantı sularının idarə olunması sahəsində uğurun əsas şərtlərindən biri dayanıqlı maliyyələşmə və texniki potensialın gücləndirilməsidir. Azərbaycan hökuməti ötən gün OPEC Fondu ilə tullantı sularının təmizləyici qurğusunun tikintisinə dair saziş imzalayıb. Su və kanalizasiya infrastrukturu yalnız infrastruktur layihəsi kimi qiymətləndirilməməlidir. Bu layihələr ətraf mühitin qorunmasına, su ehtiyatlarının keyfiyyətinin yaxşılaşmasına, ictimai sağlamlığın möhkəmlənməsinə və əhalinin sosial rifahının yüksəlməsinə mühüm töhfə verir".

Bildirilib ki, Azərbaycanın su ehtiyatları məhduddur və ölkə transsərhəd su mənbələrindən əhəmiyyətli dərəcədə asılıdır:

"Bu səbəbdən tullantı sularının müasir standartlara uyğun təmizlənməsi alternativ su mənbələrinin formalaşdırılması və mövcud su ehtiyatlarının daha səmərəli idarə olunması baxımından strateji əhəmiyyət daşıyır.

Bu sahədə əsas çağırışlardan biri qərarvermə prosesində kommunikasiyanın və sektorlararası koordinasiyanın təmin edilməsidir. Müxtəlif ölkələrdə qurumların fərqli hədəfləri, büdcə bölgüsü, iş metodları və hesabatlılıq mexanizmləri mövcuddur ki, bu da vahid yanaşmanın formalaşmasını çətinləşdirir.

Bununla belə, belə platformalar bütün tərəflərin bir araya gəlməsi, təcrübə mübadiləsi aparması və digər ölkələrin səhvlərindən nəticə çıxarması baxımından mühüm əhəmiyyət daşıyır".

Gülbəniz Hüseynli / Mətbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 İyun 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri