Daşagil gölünə tullantı suları axıdan şirkət cərimələndi
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı-Şamaxı yolunun 14-cü kilometrliyində fəaliyyət göstərən “CAN-PA” MMC-də istehsalatda və məişətdə formalaşan tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinib.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, şirkət formalaşan tullantı sularının xüsusi çəkilmiş boru ilə heç bir tənzimləmə prosesindən keçmədən birbaşa Daşagil gölünə axıdıb.
Bu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumu tərəfindən keçirilən monitorinq zamanı üzə çıxıb.
Şirkət barədə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmə “CAN-PA”nı 7500 manat məbləğində inzibati qaydada cərimələyib.
Qeyd edək ki, “CAN-PA” MMC Azərbaycanda şirniyyat istehsalı ilə tanınır.
Baxış sayı:35
Bu xəbər 06 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















