Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Tura baxış: autsayderlər itirdi, favoritlər qazandı

Tura baxış: autsayderlər itirdi, favoritlər qazandı

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında VII tur başa çatıb. Favoritlər – “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Qarabağ”, “Sabah” turu qələbə ilə başa vurub. “Zirə” “Neftçi” ilə heç-heçə edib, “Qəbələ” “Şamaxı”ya uduzub.

Araz-Naxçıvan – İmişli 2:0
“Qarabağ”a 0:5 hesablı məğlubiyyətdən sonra eniş yaşayan “Araz-Naxçıvan” debütantla matçda qalib gəlməklə fasiləyə müsbət əhvalla yollandı. Oyunun startından sona qədər meydanda üstün olan, daha çox qol epizodu yaradan naxçıvanlılar 3 xalı 2 qolla qazandı. Matçın sonlarında “İmişli” təzyiqini artırıb, qol vurmağa çalışsa da, alınmadı. Matçın son dəqiqələrində penalti qazanan bölgə təmsilçisi fürsəti dəyərləndirə bilmədi. Dioqo Almeydanın uğursuz penaltisindən sonra əks-hücuma çıxan “Araz-Naxçıvan” qələbə qazanan tərəf oldu.

Bu mövsüm müdafiədəki sıx oyunu ilə seçilən “İmişli” bu mövsüm ikinci dəfə bir oyunda iki qol buraxdı.

Zirə – Neftçi 2:2
Turun maraqlı və gərgin mübarizəsi Zirədə oldu. Bu mövsüm uğursuz nəticələri ilə gündəmə gələn “Neftçi” geriyə düşüb, daha sonra önə keçsə də, üstünlüyünü qoruya bilmədi. Oyunun sonlarındakı mübahisəli penalti epizodu və “Zirə”nin qolu “ağ-qaralar”ı ikinci səfər qələbəsindən etdi. Ümumi oyuna baxsaq, hər iki tərəf hücuma yönəlik oynadı, şanslar yaratdı. “Neftçi”nin nəticələri hər nə qədər yaxşı alınmasa da, komanda gələcəyə ümid verir. Xal fərqinin açılmaması paytaxt təmsilçisi üçün müsbət məqamlardandır.

“Zirə” isə məğlubiyyətsizlik seriyasını davam etdirir. Rəşad Sadıqovun kollektivi müdafiədəki intizamı ilə diqqət çəkir. Bu mövsüm 3 qələbə qazanıb, 4 heç-heçə edən “qartallar” lider “Turan Tovuz”dan 2 xal geri qalır.

Qarabağ – Kəpəz 1:0
Çempionlar Liqasındakı nəticələri ilə dünya mətbuatnın da gündəminə düşən “Qarabağ” çətinlik çəkmədən qələbə qazandı. Əsas heyətin bir neçə üzvünün istirahət etdiyi matçda “atlılar”a bir qol bəs etdi. Azər Bağırovla yeni dönəmə başlayan “Kəpəz” ikinci hissədə bir neçə imkan yaxalasa da, fərqlənmək alınmadı. Gəncəlilər “Qarabağ”a məğlubiyyətə görə qınanmamalıdır. Hər bir halda, 7 turdan sonra xalsız qalan “sarı-göylər” fasilədən maksimum yararlanmalı, növbəti turda ilk xalla tanışlıq üçün çalışmalıdır.

Sumqayıt – Turan Tovuz 0:3
“Sumqayıt”ın enişi davam edir. Saşa İliçin yetirmələri ardıcıl ikinci ev matçını məğlubiyyətlə bitirdi. Bundan öncə “Neftçi”yə azarkeşləri önündə iki cavabsız qolla uduzan “kimyaçılar” bu dəfə “Turan Tovuz”dan üç qol buraxdı. İkinci hissədə təzyiqini artıran, penalti qazanan “Sumqayıt” fərqi azalda bilmədi. Fasilə “kimyaçılar” üçün düşərli olacaq. Çatışmazlıqlar aradan qaldırılmalı, xüsusilə hücumda sonluq problemi həll edilməlidir.

“Turan Tovuz” isə ardıcıl ikinci 3:0-lı qələbəsini qazandı. “Kəpəz”dən sonra “Sumqayıt”ı da üstələyən tovuzlular vahid liderdir. Postda qalmaq, uğurlu çıxışı davam etdirmək lazımdır. Komandanın yaxşı temp yaxaladığı vaxtda fasilənin olması tovuzlular üçün əlverişsiz sayıla bilər.

Karvan-Yevlax – Sabah 0:2
Autsayderlər sırasında yer alan “Karvan-Yevlax”ın qələbəsiz oyunlar seriyası 5-ə çatdı. Yevlax təmsilçisi bu görüşlərdə bir qol da vurmayıb. Komanda hücumda kəsərli deyil. Bəzən irəli çıxmaqda belə çətinlik çəkən bölgə təmsilçisidə problemlər çoxdur. Legionerlər oyunu fərdi oynamağa çalışır, komanda oyunundan əlamət yoxdur. Hücum xəttində dişsizlik qolsuzluq probleminə yol açıb. Fasilə “Karvan-Yevlax” üçün sıxıntıları aradan qaldırmaq adına faydalı olacaq.

“Sabah” isə inamlı qələbəyə sevindi. Rəqib tərəfindən ciddi təzyiq görməyən “bayquşlar” fasiləöncəsi mühüm üç xal qazandı. Komanda üçün neqativ məqam hücumçu Coy-Lens Mikelsin son dəqiqələrdə ciddi zədə almasıdır. Alman futbolçunun yoxluğu komanda adına ciddi itkidir.

Qəbələ – Şamaxı 0:1
“Kəpəz”i məğlub etdikdən sonra ardıcıl ikinci oyunu da uduzan “qırmızı-qaralar”da əsas problem təcrübəsizlikdir. “Şamaxı” ilə matçda ikinci hissədə basqılı oynayan və epizodlar yaradan komanda sonluu gətirə bilmir. Nəticələr narazılıq yaradıb. Məğlubiyyətdən sonra baş məşqçi Kaxaber Sxadadzenin onu istefaya səsləyən fanatla mübahisəsi klubda işlərin yolunda getməməsinə işarədir. Gürcüstanlı mütəxəssis də artıq əsəblərinə hakim ola bilmir. Heyətlə bağlı problemlər yaşayan “Qəbələ”nin təcrübəli oyunçu ilə güclənməyə ehtiyacı var. Əks halda, uğursuz seriya daha da uzana bilər.

“Şamaxı” isə xallarını artırmaqdadır. Bu mövsüm stabil oyunu ilə seçilən “şirlər” nəticəyə oynamağı bacarır. İlk hissədə vurduğu qoldan sonra oyunun tempini aşağı salan, rəqibin hücumlarının qarşısını almağı bacaran “Şamaxı” fasiləyə qələbə ilə yollandı. Komandadakı işi ilə diqqətləri üzərinə çəkən Ayxan Abbasov milliyə də baş məşqçi təyin edilib və mütəxəssisin qarşıda Fransa ilə Ukraynaya qarşı ciddi sınağı olacaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 Oktyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see342

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see159

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see143

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see132

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see131

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri