Icma.az
close
up
RU
Tura baxış: liderlər qazandı, autsayderlər fərqi qorudu

Tura baxış: liderlər qazandı, autsayderlər fərqi qorudu

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatıb. Lider “Qarabağ” və ikinci “Zirə” qələbə qazanıb, “Neftçi”, “Sabah” və “Kəpəz” isə heç-heçə edib.

Turan Tovuz – Qarabağ 1:4

Turun açılış oyununda möhtəşəşm futbol atmosferi var idi. Hər iki komandanın azarkeşləri Tovuz şəhər stadionunda bayram havası yaratmışdı. “Qarabağ”ın bu mövsüm çempionatda məğlub edə bilmədiyi yeganə komanda “Turan Tovuz” idi və bu, oyuna marağı daha artırırdı. Qarşılıqlı hücumlar şəraitində keçən matçda 5 qol vuruldu və qazanan “Qarabağ” oldu. Qurban Qurbanovun kollektivi tovuzlulara qarşı uğursuz seriyanı məhz Tovuzda bitirdi. Son dönəmlərlə müqayisədə çempionatda ən yaxşı oyununu keçirən “atlılar” rəqibinə şans vermədi.

“Turan Tovuz” isə xal itirməkdə davam edir. Kurban Berdıyevin komandası artıq 3-cü sıradakı “Araz-Naxçıvan”dan 5 xal geri düşüb. Sona 9 tur qalıb və komandanın avrokubok şansları hələ davam edir.

Neftçi – Araz-Naxçıvan 1:1

Turun maraqlı daha bir matçı “Neftçi Arena”da oldu. Samir Abasovun rəhbərlik etdiyi “ağ-qaralar” 5-ci sıraya yaxınlaşmaq adına qələbə hədəfləyirdi. Bu, kubok oyunu öncəsi komanda üçün əlavə psixoloji üstünlük olacaqdı. Oyunun ilk dəqiqələrində hesabı açmağa nail olan paytaxt təmsilçi çox sevinə bilmədi. “Araz-Naxçıvan” demək olar, ilk hücumundan sonra hesaba tarazlıq gətirdi. Bundan sonra da qarşılıqlı hücumlar şəraitində keçən görüşdə əlavə qol olmadı. Ümumi baxsaq, “Neftçi”nin bu matçdakı çıxışını daha yaxşı hesab etmək olar.

“Araz-Naxçıvan” isə “Turan Tovuz”un məğlub olduğu turda bir xal aktivinə yazdırmağı bacardı. İkinci pillədəki “Zirə”dən 7 xal uzaq olan naxçıvanlılar üçün gümüş medallar artıq uzaq görünür. Yaxşı formada olan “qartallar”ın bu mövqeni kiməsə verəcəyi çətin ehtimaldır.

Sumqayıt – Sabah 3:3

Turnu bolqollu oyunu Sumqayıtda baş tutdu. Son turlarda formada olan “kimyaçılar” hər iki hissədə rəqibinə müqavimət göstərdi. Geri düşüb, sonra önə keçən, lakin sonda heç-heçə edən “Sumqayıt” üçün bir xal da yaxşıdır. Hazırda 7-ci pillədə qərarlaşan Vaqif Cavadovun yetirmələri autsayder “Səbail”dən 10 xal qabaqdadır.

“Sabah” isə heç-heçələr seriyasını davam etdirməkdədir. Əsas diqqəti ölkə kubokunda “Neftçi” ilə matçda olduğunu hiss etdirən “bayquşlar” “Sumqayıt”la dueldə Elgün Dünyamalıyev, Seymur Məmmədov kimi gənc oyunçulara şans verdi. Hər bir halda, ümumi oyunda daha çox hücum edən və qol şansları yaradan “futuristlər”in dəqiqliyi çatmadı. Buna baxmayaraq, komandanın artıq demək olar, elitada hansısa iddiası qalmayıb. Üçüncü pillədəki “Araz-Naxçıvan”dan 12 xal geri qalan “Sabah”ın bu fərqi aradan qaldıracağı inandırıcı görünmür.

Kəpəz – Səbail 1:1

Autsayderlərin duelində bərabərlik qeydə alındı. Məğlubiyyət heç bir komandaya sərf etmirdi və xüsusilə, “Səbail”in uduzacağı halda, demək olar, elitanı tərk etmək ehtimaalı 70-80 faizə qalxacaqdı. Hazırda 9-cu sırada yer alan “Kəpəz” aradakı 5 xallıq fərqi qorudu.

“Səbail” isə qələbəsizlik seriyasını davam etdirir. İkinci hissədə daha yaxşı futbol göstərən, amma hücumda dişsiz olan “dənizçilər” üçün bir xal da hazırda qənimət kimidir.

Zirə – Şamaxı 3:0

Turun son oyununu meydan sahibləri qazandı. Birinci hissədə bir neçə şansını boşa verən “Zirə” fasilədən sonra vurduğu qollarla üç xalı qazandı. Ayxan Abbasovun rəhbərlik etdiyi “Şamaxı” keyfiyyət baxımından rəqibindən geri qalsa da, çox hiss etdirmədi. Bəzən hücuma çıxan və qol yolları axtaran “şirlər” “Zirə” müdafiəsini yara bilmədi.

“Şamaxı” 28 xalla 8-cidir və autsayder “Səbail”dən 9 xal öndədir. Ayxan Abbasovun yetirmələrinin qarşıdakı 9 turda 3 dəfə məğlub olması və əvəzində “Səbail”in 3 qələbə qazanması real görünmür.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 31 Mart 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri