Icma.az
close
up
RU
Tural Abbaslı 150 manatlı ayaqqabı geyinir, digər siyasətçilər isə... SORĞU

Tural Abbaslı 150 manatlı ayaqqabı geyinir, digər siyasətçilər isə... SORĞU

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 Siyasətçilərin geyim tərzi, dəblə necə ayaqlaşması və onların şəxsi imicləri çox vaxt ictimaiyyətin maraq dairəsində olur. Kimisi sadə və təvazökar görünüşü ilə seçilir, kimisi isə bahalı geyim və aksesuarları ilə diqqət çəkir. 


Məsələn, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin "32 manatlıq ayaqqabı geyinirəm" açıqlaması bu yaxınlarda az qala gündəmə çevrildi və müxtəlif müzakirələrə səbəb oldu. Maraqlı bir sualla yola çıxdıq. Bəs, digər siyasətçilər necə, geyim tərzlərinə, brend ayaqqabılara nə qədər alüdədirlər? Ssualımıza cavab tapmaq üçün bir neçə siyasətçiyə müraciət etdik.


Ağ Partiya sədri Tural Abbaslı geyimdə brendə deyil, keyfiyyətə üstünlük verdiyini vurğulayır. Onun sözlərinə görə, ayaqqabı seçərkən əsas meyar rahatlıq və uzunömürlülükdür:

"Geyim məsələsinə çox diqqət verməsəm də, aldığım geyimlərin uzunömürlü və səliqəli olmasına çalışıram. Ayaqqabılara gəlincə, məlumdur ki, ayaqqabı yaxşı olmayanda ayaqlar tərləyir, ayaq göbələyi yaranır. Mən 80-150 manat arasında ayaqqabılar alıram. Bu qiymət aralığındakı ayaqqabılar həm keyfiyyətli, həm də uzun müddət istifadə oluna bilən məhsullardır".


Milli Məclisin deputatı Zahid Oruc  mövzu ilə bağlı fikir bildirməkdən çəkinib:

"Bu suala cavab vermək istəmirəm. Ancaq onu demək istəyirəm ki, çox sadə geyinirəm".


Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də geyim qiymətlərini açıqlamağı düzgün hesab etmədiyini deyir:

"Səliqəli geyinməyi sevirəm. Açığı, aldıqlarımın qiymətindən asılı olmayaraq keyfiyyətə diqqət edirəm. Mənim üçün qiymət o qədər də əhəmiyyətli deyil. Əlbəttə, cibimə uyğun geyimlər almağa çalışıram, amma konkret qiymətini demək məncə doğru olmaz".


Milli Məclisin deputatı Elman Nəsirov da  sualımıza cavab verməkdən imtina edib:

"Mən bu kimi suallara cavab verməyi özüm üçün lüzumsuz bilirəm".


Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə xaricdən ayaqqabı aldığını, ancaq çox cüt ayaqqabısı olmadığını deyir:

"Qiymətləri yadımda deyil, amma ayaqqabılarımı xaricə gedəndə oradan alıram. Onlar da bahalı deyil, sadə ayaqqabılardır. Mənim ümumilikdə, qış və yay üçün cəmisi 3-4 cüt ayaqqabım var. Ayağıma uyğun nə varsa, onu geyinirəm".


Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da  ayaqqabılarının qiymətini açıqlayıb:

"Konkret qiymətlərini xatırlamasam da, 50-70 manatlıq ayaqqabılar geyinirəm".


Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli xaricdən alış-veriş etməyə üstünlük verdiyini bildirir və hazırda geyindiyi ayaqqabının qiymətini açıqlayıb:

"Tez-tez xaricə gedirəm və ayaqqabılarımı oradan alıram. İndi geyindiyim ayaqqabının qiyməti təxminən 45 manatdır".


Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn isə geyindiyi ayaqqabının qiymətini açıqlayıb:

"Hazırda geyindiyim ayaqqabının qiyməti 70 manatdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri