Icma.az
close
up
RU
Tural Abbaslı: Gürcüstanda əksəriyyət Gürcü Arzusu nu dəstəkləyir

Tural Abbaslı: Gürcüstanda əksəriyyət Gürcü Arzusu nu dəstəkləyir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Onlar ölkənin yenidən qarışmasını, stabilliyin pozulmasını istəmirlər


“Küçələrə çıxanlar, etiraz edənlər uzun müddətdir Qərbdən, Avropa institutlarından maliyyələşən, qrantlar alan dairələr, media, qeyri-hökumət təşkilatlarıdır” 

Gürcüstanda bələdiyyə seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyası mer və yerli şura seçkilərində bütün bələdiyyələrdə qalib gəlib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, "Gürcü Arzusu" ölkə üzrə səslərin 81 faizdən çoxunu qazanıb. Hakim partiya bütün şəhər və rayon məclislərində aşkar səs çoxluğu qazanıb. Müxalifətin böyük hissəsi seçkini boykot edib. Nəticələr açıqlanandan sonra müxalifətin etiraz aksiyaları, mitinqləri başlayıb. Aksiyalar zamanı hüquq-mühafizə orqanları ilə toqquşmalar yaşanıb, xəsarət alanlar var.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib ki, şəhərdə xaosa səbəb olan etirazçılar xarici xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Onun sözlərinə görə, cəmiyyət vandalizm aktlarının, çağırışların şahidi oldu: "Gürcüstanda hələ də xarici kəşfiyyat orqanlarının nəzarəti altında fəaliyyət göstərən qüvvələr var. Gürcü xalqı heç kimə güc yolu ilə hakimiyyəti dəyişməyə imkan verməyəcək. Bu ölkədə rəhbərlik ancaq seçki yolu ilə dəyişdirilə bilər". Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yayıblar. Sənəddə yerli seçkilərin başqa cür düşünənlərin uzun müddət sıxışdırılması fonunda keçirildiyi bildirilib. Qeyd edilib ki, müxalifətin əhəmiyyətli hissəsinin boykotu səbəbindən seçkilər rəqabətli mühitdə keçirilməyib və seçici fəallığı nisbətən aşağı olub: "Biz seçkilərdən sonrakı dövrdə sakitliyə, təmkinliyə çağırırıq və hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırırıq. Bütün siyasi qüvvələri və vətəndaş cəmiyyətinin iştirakı ilə konstruktiv və əhatəli dialoq vacibdir və biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq". Bəyanat müəllifləri, həmçinin AB-nin Gürcüstandakı səfirinin rolu ilə bağlı dezinformasiyanı qəti şəkildə rədd edərək qınadıqlarını bildiriblər. Hakim "Gürcü Arzusu" Partiyasının Baş katibi, Tbilisi meri Kaxa Kaladze Avropa İttifaqının onlar üçün maraqlı olmadığını deyib. Onun sözlərinə görə, Gürcüstanın sahibləri hansısa kənar şəxslər deyil, sadə vətəndaşlardır: "Bu ölkəni yalnız gürcü xalqı idarə edir. Hakimiyyətdə kimin olması və müxalifət spektrinin necə təmsil olunacağına da xalq qərar verir". 


AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a deyib ki, Gürcüstanda seçkisonrası etirazlar artıq adi hal alıb. Partiya rəhbəri bildirib ki, bundan öncəki seçkilərdə də Avropa İttifaqı ilə hakim "Gürcü Arzusu" Partiyasının qarşıdurması ortada idi:

"Rusiyanın Ukrayna ilə müharibəyə başlamasından və Qərbdən gələn, gözlə görünməyən təhdidləri sezdikdən sonra Gürcüstan hökuməti qərbyönlü siyasəti balanslaşdırılmış siyasətlə əvəzlədi. Qonşu ölkədə hökumətdən narazılıq aksiyaları, müxalifətin etirazları bundan sonra açıq müstəvidə gündəmə gəlməyə başladı. "Xarici agentura haqqında" qanunun qəbul edilməsi, QHT-lərin fəaliyyətinin nəzarətə götürülməsi, milli maraqların önə çəkilməsi istiqamətində addımların atılması ilə Avropa İttifaqı ilə gürcü hökuməti arasında münasibətlər kəskinləşdi. Hətta Aİ bəzi sahələrdə Gürcüstana sanksiyalar tətbiq etdi. Həmin gündən etibarən Avropadan hakim "Gürcü Arzusu"na basqılar artdı. Əslində Qərbdən gələn təzyiqlər Rusiyanın Gürcüstana basqılarından o qədər də fərqlənmir". 


T.Abbaslının fikrincə, Rusiya Moldovada nə etmək istəyirsə, Gürcüstanda da ona nail olmağa çalışır: 

"Avropadan maliyyələşən QHT-lər, media, o cümlədən Qərbin təbliğatına uyan vətəndaşlar bunu Rusiya-Avropa savaşı kimi görürlər. Guya Gürcüstan iqtidarı Rusiyaya meyillənib. Əslində isə Qərbin təzyiqləri birbaşa "Gürcü Arzusu"nun balanslı siyasətinə, Avropa ilə məsafəli davranmasına qarşı yönəlib. Bu, qonşu ölkədə özünü müxtəlif formalarda göstərəcək. Sadəcə, seçkilərdə deyil, hansısa qanun qəbul edilərkən də gürcülərin müəyyən qismi küçələrə axışacaq, etiraz aksiyaları keçirəcək, hökuməti tənqid edəcəklər. Bu bir "savaşdır". Amma görünən odur ki, Gürcüstanda əksəriyyət "Gürcü Arzusu"nun siyasətini dəstəkləyir və ölkənin yenidən qarışmasını, stabilliyin pozulmasını istəmirlər. "Bəs küçələrə çıxanlar, etiraz edənlər kimlərdir?" sualına müxtəlif cavablar vermək olar. Bəllidir ki, uzun müddətdir Gürcüstanda Qərbdən, Avropa institutlarından maliyyələşən, qrantlar alan dairələr, media, qeyri-hökumət təşkilatları olub. Onların gürcü ictimaiyyətinə təsirini zəif görmək olmaz. Qarşı tərəfin gürcülər arasında təbliğatı davam edəcək. Sonda nəticənin nə olacağını indidən dəqiq demək çətindir. Bunu zaman göstərəcək. Ən azından onu söyləmək mümkündür ki, yaxın dönəmdə heç bir dəyişiklik olmayacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri