Icma.az
close
up
RU
Tural İsmayılov: “COP29u baykota çağıranlar ifşa olundu” KONKRET

Tural İsmayılov: “COP29u baykota çağıranlar ifşa olundu” KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işini başa çatdırmaq üzrədir. 10 gündən artıq dünyanın diqqət mərkəzində olan Bakının ev sahibliyi etdiyi bu dəfəki COP səmərəli keçib. Tədbirdən əvvəl anti-Azərbaycan kampaniyası aparan qüvvələr COP29-un baykotuna cəhd etsələr də, buna nail ola bilmədilər. Fransanın və erməni lobbisinin dəstəyi ilə ölkəmizə qarşı  aparılan çirkin təbliğat iflasa uğradı. Nəticədə COP29 uğurla öz işini davam etdiridi.

Beynəlxalq tədbiri izləyən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov KONKRET.az-a COP29-la bağlı təəssüratlarını bölüşdü:

“COP-a gələn qonaqlarla apardığımız müzakirələrdə, danışdığımız mövzularda, həmçinin bütün müşahidələrdə görürük ki, qonaqların hamısı ölkəmizin COP29-a  mükəmməl ev sahibliyindən heyran qalıblar. Ölkəmiz COP-dan əvvəl  də bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişdi. Ölkəmizin belə uğurları çox olsa da,  COP29-u ən yüksək standartlarla keçirdik. İstər təşkilatçılıq, istər inzibati işlər, pavliyonlara dəstək, istər təhlükəsizlik ən yüksək səviyyədə təmin olunmuşdu. Təbii ki, COP29-dan gözləntilər Azərbaycanın uğurlu ev sahibliyi ilə bağlı idi.Tədbir boyunca bir sıra maraqlı hadisələr baş verdi. Özəlliklə bu, iqlim maliyyələşməsi ilə bağlı idi. COP tarixində qəbul edilən çoxlu  qərarlar olub. Amma Azərbaycanın səyləri ilə iqlim məsələsi geniş müzakirə edildi. Əvvəlki COP-lardan fərq ondan ibarət idi ki, burada kiçik ada dövlətlərinin taleyinə aydınlıq gətirildi. Fransanın əsarətdə saxladığı coğrafiyalarda təhlükəli siyasi addımlardan bəhs edildi.  Bəzi qüvvələrin beynəlxalq iqlim məsələlərində məsuliyyətsizliyi,  COP29-u tamamilə siyasiləşdirmək cəhdləri,  COP-u dezinformasiya vasitəsinə çevirməyə çalışmaları  “baykotçu qüvvələr”in işini fiaskoya uğratdı. Hətta onların nümayəndələrindən biri, erməni lobbisinin çirkli pullarının əsirinə çevrilən Frenk Palloni kimi adamlar da Bakıya gəlib COP-da iştirak etmək istədilər. Nə qədər COP29 əleyhinə kampaniya aparsalar da, əslində, Azərbaycana gəlmək, buranı görmək, tədbirdə iştirak etmək istəyirdilər. Ölkəmizin uğurlu ev sahibliyi isə  anti-Azərbaycan qüvvələrinə ağır zərbə vurdu. Qonaqların gəlincə,  təəssüratları çox yüksəkdir. Baklya gələn qonaqların beynəlxalq mediaya verdiyi müsahibələr Azərbaycana və bütövlükdə COP29-a hansı münasibət göstəriklərini açıq-aydın göstərir. Bütövlükdə Azərbaycan həqiqətlərinin çatdırılması, ölkəmizin turizm potensialının təşviqi baxımından da COP29-un çox böyük önəmi oldu.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Noyabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri