Icma.az
close
up
RU
Tural İsmayılov: “Azərbaycan ABŞ yaxınlaşması...”

Tural İsmayılov: “Azərbaycan ABŞ yaxınlaşması...”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti ilə son 6 ayda bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərin tarixində ilk nümunə adlandırıb.

Bu barədə İlham Əliyev fevralın 9-da ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı son 6 ayda ABŞ Prezidenti ilə bir neçə dəfə görüşməsini ikitərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu deyib.

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin sabah Bakıya səfəri gözlənilir. Vaşinqtonun son dövrdə Bakı ilə təmaslarının artması iki ölkə arasında strateji əməkdaşlığa verilən önəmin göstəricisi kimi qiymətləndirilə bilər. Uzun illər, xüsusilə əvvəlki administrasiya dövründə Azərbaycanla təmas olmayıb, yüksək səviyyəli görüşlər keçirilməyib. 

Amma indi Donald Tramp hakimiyyətə gəldikdən sonra Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm verdi. Artıq bir neçə dəfə görüşlər baş tutub və bu görüşlərin davamlı olacağı istisna edilmir.

ABŞ Prezidentinin Azərbaycan Przezidenti cənab İlham Əliyev ilə tez-tez görüşməsi və bu əməkdaşlığa üstünlıük verməsi nədən xəbər verir?

Həmçinin, Ağ Evin fevralın 19-da Vaşinqtonda Qəzza zolağında nizamlanma ilə bağlı Sülh Şurası iştirakçılarının görüşünü keçirməyi planlaşdırdığı bildirilir. Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin də fevralın 19-da bununla əlaqədar Vaşinqtona səfəri gözlənilir.

“Cebheinfo.az”-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyevin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüşü və bu çərçivədə səsləndirdiyi bəyanatlar, Azərbaycan-ABŞ münasibətlərinin sadəcə bərpası deyil, keyfiyyətcə tamamilə yeni, "strateji yaxınlaşma" mərhələsinə keçdiyini göstərir.

Onun sözlərinə görə, dövlət başçısının son 6 ayda Donald Trampla bir neçə dəfə görüşməsini xüsusi vurğulaması, iki ölkə arasındakı münasibətlərin artıq ənənəvi bürokratik kanallardan çıxaraq, birbaşa "lider diplomatiyası" müstəvisinə yüksəldiyinin göstəricisidir:

“Bu intensivlik Bakı və Vaşinqtonun strateji maraqlarının tarixdə heç vaxt olmadığı qədər üst-üstə düşdüyünü təsdiqləyir. Siyasi dividentlər baxımından ən önəmli məqam, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən Sülh Sammitindən sonra ABŞ-nin regiondakı yeni geosiyasi reallıqları tam şəkildə qəbul etməsidir.

Donald Trampın praqmatik yanaşması nəticəsində uzun illər münasibətlərə kölgə salan "Azadlığı Müdafiə Aktına" 907-ci düzəlişin aradan qaldırılması və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq legitimliyini qlobal güc mərkəzi tərəfindən rəsmən möhürləyir. 

Bu, Bakıya Ermənistanla sülh prosesində kənar təzyiqlərdən uzaq, öz milli maraqlarına uyğun şərtlərlə hərəkət etmək imkanı verir. Eyni zamanda, Azərbaycanın ABŞ-ın təşəbbüsü olan "Sülh Şurası"na təsisçi üzv kimi dəvət edilməsi, ölkəmizin artıq sadəcə regional oyunçu deyil, qlobal münaqişələrin həllində söz sahibi olan "orta güc" kimi tanınması deməkdir”.

Politoloq qeyd edib ki, iqtisadi müstəvidə isə bu fəallaşma daha çox TRIPP layihəsi və “Zəngəzur dəhlizi”nin iqtisadi arteriya kimi dəyərləndirilməsi ilə xarakterizə olunur:

“ABŞ-nin bu dəhlizə sadəcə nəqliyyat yolu deyil, qlobal ticarətin yeni mərkəzi kimi baxması, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Amerika investisiyalarının və yüksək texnologiyalarının (süni intellekt, rəqəmsal infrastruktur) cəlb edilməsi üçün “yaşıl işıq” yandırır.

Xüsusilə Azərbaycanın həm Qərb, həm də Mərkəzi Asiya arasında əsas logistik düyün nöqtəsinə çevrilməsi, ölkənin qeyri-neft sektorunun inkişafında keyfiyyət sıçrayışı vəd edir.  Amerika şirkətlərinin bərpa olunan enerji və rəqəmsal iqtisadiyyat sahəsində Azərbaycana marağının artması rəsmi Bakının iqtisadi müstəqilliyini daha da möhkəmləndirir”.

Tural İsmayılov əlavə edib ki, bölgədəki güc balansına gəldikdə, Azərbaycan-ABŞ yaxınlaşması Cənubi Qafqazda kənar manipulyasiya imkanlarını minimuma endirir:

“Bu əməkdaşlıq Ermənistandakı revanşist qüvvələrin ümidlərini boşa çıxarır və onları reallıqla barışmağa məcbur edir, çünki artıq Vaşinqton Ermənistanı "məzlum tərəf" deyil, Azərbaycanla iqtisadi inteqrasiyada maraqlı olan bir tərəfdaş kimi görməyə üstünlük verir.

Beləliklə, İlham Əliyevin qurduğu bu strateji konfiqurasiya Azərbaycanı regionun mütləq güc mərkəzi kimi saxlayarkən, eyni zamanda böyük güclərin maraqlarını bir nöqtədə - sülh və tranzit layihələrində birləşdirməyi bacarır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan-ABŞ Tural İsmayılov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Fevral 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri