Tural Qurbanov Antalyada nə ilə yadda qaldı? ilk sınağın nəticəsi
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
FİFA referisi Tural Qurbanovun ilk dəfə beynəlxalq oyunda baş hakim kimi idarəçilik etdiyini yazmışdıq.
Xatırladaq ki, o, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunun Niderland – Belarus matçında ədaləti təmsil edib. Digər həmyerlimiz Asiman Əzizli isə köməkçi hakim funksiyasını yerinə yetirib.
“Football-plus.az”ın məlumatına görə, “fit sahibi” Türkiyənin Antalya şəhərində keçirilən oyun ərzində üç sarı vərəqə göstərib.
Komandaların daha çox sərbəst performans sərgiləməsinə şərait yaradan, dəqiq desək, şifahi xəbərdarlıqlara üstünlük verən Tural Qurbanov 68-ci dəqiqədə Aleksandr Veretennikovu (Belarus), 89-cu dəqiqədə Yoakin Sabononu, 90+1-ci dəqiqədə isə qapıçı Kuentin Attigahı (hər ikisi Niderland) sarı vərəqəylə cəzalandırıb. Bu da təbiidi. 2:1 hesabıyla qalib gələn Niderland son anlarda qələbəni əldən verməmək üçün qayda pozuntularına əl atıb.
Hər halda, Tural Qurbanov ilk beynəlxalq sınaqdan üzüağ çıxıb. Davamı gəlsin!
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 Aprel 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















