Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

“Yevlax teatrı”: baş rolda Tural Qurbanov! YAZI

“Yevlax teatrı”: baş rolda Tural Qurbanov! YAZI

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında 8 tur geridə qalıb.

Məlum olduğu kimi, hazırda lider “Qəbələ”di. “Qırmızı-ağlar” buna sonuncu matçda “Karvan”ın meydanında minimal hesablı qələbə qazanmaqla nail oldu. Matçı izləməyənlər Kaxaber Sxadadzenin komandasının birinci pillədə olmasını təbii hal kimi qarşılaya bilər. Əslində elə reallıq bunu tələb edir. Lakin hər şey kənardan göründüyü kimi deyil. Ona görə ki, mövsümə fırtına kimi başlayan “Karvan” ilk 6 turda rəqiblərini məğlub etməklə ldier kürsününü “özəlləşdirmişdi”. Yevlax təmsilçisi əvvəl “Cəbrayıl”a, ardından “Qəbələ”yə uduzmaqla taxt-tacı əldən verdi. Göründüyü kimi, hadisələri belə şərh edəndə hadisələrin axarını aydın təsəvvür etmək olur. Lakin yenə deyirəm, hər şey göründüyü kimi deyil...
1-ci liqanın ümumi ab-havasından agah olmaq üçün ötən mövsümə xəyali səfər etmək vacibdi. Söhbət 25-ci turun “İmişli” – “Qaradağ Lökbatan” matçından gedir. Xatırlayırsızsa, həmin oyunun baş hakimi İnqilab Məmmədov meydan sahiblərinin qolunu saymamış, nəticədə qonaqlar minimal hesabla qələbə qazanaraq liderliyə yüksəlmişdi. Halbuki “fit sahibi” hansısa maraqları yox, ədaləti təmsil etsəydi, “İmişli” lökbatanlılarla 2-3-cü yerləri bölüşəcəkdi. Belədə kollektivi liderdən, daha dəqiqi, “Şamaxı”dan bir xal ayıracaqdı. Qısası, Məmmədovun haqsız qərarı ötən mövsüm bölgə təmsilçisini çempionluq yarışından qopardı. Sonrası bəllidi: yekunda “Şamaxı” premyer-liqaya yüksəldi. Əlbəttə, “şirlər”in elitadakı varlığının halallığını şübhə altına salmaq istəmirəm. Lakin o dönəmə xas olan reallıq hər şeyin daha fərqli ola biləcəyini deyirdi.
Görünür, bu dəfə “İmişli”nin aqibətini “Karvan” yaşayacaq. Niyə? Yevlaxlıların “Qəbələ” ilə matçına təyinat alan Tural Qurbanov komandanın başına bir oyun açdı ki, gəl görəsən! Ədalət təmsilçisi və belə vacib matça təyinatı haqda bir qədər sonra danışacağıq. Əvvəlcə “oyun”dan bəhs edək. 36-cı dəqiqədə Nuğay Rəşidov cərimə meydançasına daxil olan Peter Kinqsi kobud müdaxiləylə, yəni belindən yapışaraq yerə yıxdı. Tural Qurbanov hansısa qayda pozuntusunun olmadığını dedisə, etiraz edən yevlaxlıları “sarı”yla cəzalandırdı. 85-ci dəqiqədə Elşad Tağıyev cərimə meydançasının həndəvərində Aref Məhəmmədəlipuru kobud müdaxiləylə yerə yıxdı. Qaydanı “Qəbələ”nin futbolçusu pozsa da, “Karvan”ın əleyhinə cərimə zərbəsi təyin olundu və hesab açıldı. 90-cı dəqiqədə isə Səlahət Ağayev “çərçivə”ni nişan almaq istəyən Bəhruz Teymurovu cərimə meydançasının daxilində yerə yıxdı. Burda “Qəbələ”nin əleyhinə penalti təyin edilməliydi ki, Tural Qurbanov ədaləti yenə “Karvan”ın əleyhinə “danışdı”. Bu dəfə də narazı yevlaxlılar “sarı”yla üzləşdi. Beləliklə, “Qəbələ” lazım olan qələbəni “qazandı”. Matçdan sonra qəzetimizə açıqlama verən Kənan Kərimov isə Tural Qurbanovun hansısa tapşırıqla işlədiyini, haqlarını yediyini iddia etdi. “Karvan”ın baş məşqçisini qınamaq olmur. Belə hadisələrın ağla gətirdiyi fikirlər fərqli ola bilməz...
Bəs AFFA liderlərin duelini, 1-ci liqa səviyyəsində böyük əhəmiyyət daşıyan matçın taleyini kimə həvalə edib? Tural Qurbanov futbol təsərrüfatında necə tanınır? O, premyer-liqanın ən gənc, eyni zamanda ən təcrübəsiz ədalət təmsilçisidi. “Fit sahibi”ylə bağlı sonuncu narazılıq Misli premyer-liqasının 8-ci turunun “Şamaxı” – “Turan Tovuz” matçından sonra (2:2) qeydə alınıb. “Şirlər”in baş məşqçisi Ayxan Abbasov onun idarəçiliyini belə dəyərləndirib:

“Qapımıza penaltini VAR-a baxıb verdi. Ümumilikdə çox zəif idarəçilik etdi. Hakimlər də komandaları təhlil etsələr, yaxşı olar. Tural Qurbanova məsləhət görərdim ki, bugünkü idarəçiliyini yenidən izləsin”.


Çox güman, Tural bəy həmin performansını izləməyib. Bəs “Karvan”ın haqqını yediyi epizodlarla bağlı götür-qoy edibmi? İnanmıram. Bəli, Yevlax şəhər stadionunun ot örtüyü bərbad idi. Yağış qazonu palçığa çevirmişdi. Belədə futbolçular qaydanı pozmaq istəməsələr belə, səhvə yol verə bilərlər. Belə məqamları anlayışla qarşılamaq mümkündü. Tural Qurbanovun səhvlərini də təcrübəsizliyi ilə əlaqələndirib əfv etmək olar. Bəs AFFA-nın belə vacib matça gənc və təcrübəsiz hakimi təyin etməsi nəyə hesablanıb? Hakimlər Komitəsinin sədri Frank De Blekere kütləvi etirazlara rəğmən epizodları niyə şərh etmir? Ən əsası, həmin oyunda başverənlər araşdırılmalı və lazımi tədbir görülməlidi. Yoxsa 1-ci liqa süqut edəcək. Premyer-liqaya yüksələn komanda hakim ədalətsizlikləri sayəsində yox, bütün rəqiblərini üstələmək hesabına bilinməlidi!
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Dekabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri