Icma.az
close
up
RU
“Turan Tovuz” 3 cü pillədə möhkəmlənə biləcəkmi?

“Turan Tovuz” 3 cü pillədə möhkəmlənə biləcəkmi?

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Ötən il dekabrın 8-də Misli premyer-liqasının 14-cü turunun “Qəbələ” – “Turan Tovuz” oyunu hava şəraitinə görə təxirə salındı.

"Football-plus.az" xatırladır ki, oyunun keçirildiyi Qəbələ şəhər stadionunu cənginə alan qatı duman görmə qabiliyyətini kəskin azaltdığından matç hakimlər briqadasının qərarıyla 23-cü dəqiqədə, hesab 0:0 ikən dayandırıldı. Sonradan məlum oldu ki, qarşılaşma fevralın 24-də, yəni bu gün keçiriləcək. Peşəkar Futbol Liqası bu matçla bağlı önəmli şərti də açıqlayıb. Deməli, komandalar bu oyunda təxirə salınmış görüşdə sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcək. Oyunu “CBC Sport” yayınlayacaq.
Misli premyer-liqası
14-cü turdan təxirə salınmış oyun
24 fevral
Qəbələ - Turan Tovuz

“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 4:+1=1-2, 6:4.
2022/23 – 0:0, 1:2; 2023/24 – 4:0, 1:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Qəbələ, şəhər stadionu. Saat 15.00.
Ötən il keçirilən matça “Qəbələ”nin daha üstün başladığını yazmışdıq. Həqiqətən də “qırmızı-qaralar” daha çox təhlükəli vəziyyət yaradır, rəqibə çətin anlar yaşadırdı. Ancaq indi həmin oyunun əhəmiyyəti yoxdu. Komandalar mübarizəyə ilk dəqiqədən başlayacaq. Əlbəttə, meydan sahibləri “Turan Tovuz”u məğlub etməyə çalışacaq. Ancaq premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandaların, xüsusən “Karvan-Yevlax”la “Kəpəz”in 21-ci turda uduzduğunu nəzərə alsaq, məğlubiyyət “Qəbələ” üçün ciddi itki sayılmayacaq. Yenə də Kaxaber Sxadadze komandasını qələbəyə kökləməli, xal ehtiyatını artırmağın yollarını tapmalıdı. Bunun çətin vəzifə olduğu isə sirr deyil. Ona görə ki, “bozqurd” hazırda 3-cü pillədədi. Ən yaxın izləyicisi “Zirə”dən iki xal öndə olan tovuzlular bu görüşdə qalib gəlməklə xal fərqini daha da artıra bilər. Heç şübhəsiz, qonaqlar belə əhəmiyyətli fürsəti boşa vermək istəməyəcək. Belədə Qəbələdə mübarizəli oyunun şahidi olacağımızı proqnozlaşdıra bilərik.
Bu komandalar indiyə qədər 9 dəfə qarşılaşıb. Oyunların 2-də “Qəbələ”, 4-də “Turan Tovuz” qələbə qazanıb, 3-də qalib müəyyənləşməyib. Topların nisbətində “qırmızı-qaralar” öndədi – 12:10. Maraq üçün qeyd edək ki, “bozqurd” son üç matçda qalib gəlib. “Qırmızı-qaralar” son üç ev görüşündə qol vurub.
1. Sabah 21 16 4 1 42-12 52
2. Qarabağ 20 14 3 3 36-13 45
3. Turan Tovuz 20 11 4 5 24-14 37
4. Zirə 21 9 8 4 28-22 35
5. Araz-Naxçıvan 21 9 6 6 31-35 33
6. Sumqayıt 21 9 4 8 31-27 31
7. Neftçi 20 7 9 4 28-18 30
8. Şamaxı 21 6 7 8 21-24 25
9. İmişli 21 4 8 9 18-25 20
10. Qəbələ 20 4 3 13 18-25 15
11. Kəpəz 21 4 1 16 14-45 13
12. Karvan-Yevlax 21 1 3 17 13-44 6
Bombardirlər: Coy-Lens Mikels, Velko Simiç (hər ikisi "Sabah"), Bassala Sambu (Neftçi) - 9.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Fevral 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri