Turan Tovuz bunu 3 cü dəfə yaşadı
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Turan Tovuz" Misli Premyer Liqasında ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Tovuz təmsilçisi XXXVI turda "Kəpəz"i 4 cavabsız qolla məğlub edib.
Bu, klubun tarixində Premyer Liqada 4 top fərqi ilə 3-cü qələbədir. 2022/2023 mövsümündə "Neftçi"ni, 2023/2024 mövsümündə "Kəpəz"i 4:0 hesabı ilə məğlub edən "Turan Tovuz" bu göstəricini təkrarlayıb.
Qərb derbisindəki qələbə həm də iki yubileylə əlamətdar olub. Tovuz təmsilçisi Premyer Liqada evdə 20-ci qələbə və 75-ci qola sevinib. Əlamətdar qola Ayxan Hüseynov imza atıb.
Qeyd edək ki, "Turan Tovuz" 2022-ci ilin yayından Premyer Liqada çıxış edir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 26 May 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















