Icma.az
close
up
RU
“Turan Tovuz” addəyişmə və süni qazon problemindən xilas ola biləcəkmi?

“Turan Tovuz” addəyişmə və süni qazon problemindən xilas ola biləcəkmi?

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Sirr deyil ki, premyer-liqada başa çatan mövsümü 4-cü pillədə bitirsə də, “Sabah”ın ölkə kubokunun finalında “Qarabağ”ı məğlub etməsi səbəbindən avrokuboklara vəsiqə qazana bilməyən “Turan Tovuz”da problemlər var.

Aktual məsələlərdən biri klubun addəyişmə prosesinə start versə də, sonradan hələ açıqlanmayan səbəblər üzündən geri çəkilməsidi. Xatırlayırsızsa, hələ ötən ilin dekabrında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli klubun əvvəlki adının - “Turan”ın bərpasıyla bağlı xahişlə quruma müraciət etdiyini demişdi. Əlavə edək ki, tovuzlular bununla bağlı sənədləri İcraiyyə Komitəsinə təqdim edib və məsələyə müsbət yanaşılıb.
Onu da bildirək ki, “bozqurd” vaxtilə borc məsələlərinə görə müxtəlif vaxtlarda bir neçə oxşar adı sınayıb. İş ondadı ki, “Turan” adı ölkəmizi avrokuboklarda təmsil edən ilk komanda kimi hamıya doğmadı. Klub rəhbərliyinin tarixi adı bərpa etmək cəhdləri məhz bu mövzudan qaynaqlanır. Sadəcə, ad dəyişikliyi həm də “Turan” adı altında faəliyyət göstərmiş klubun borclarını ödəməsindən sonra baş verə bilər. Hər halda, klubun bu məsələni necə, nə vaxt həll edəcəyi bilinmir. O bəllidi ki, “Turan Tovuz”un hüquqi baxımdan “Turan”a bağlılığı yoxdu. Buna bamayaraq, klubun Tovuz şəhər stadionu ərazisində yerləşən və açılış mərasimi fevralın 14-də baş tutan akademiyasının binası üzərində “Turan Futbol Klubu” yazılıb. Bununla bağlı onu da xatırladaq ki, klubun adı 2014-cü il oktyabrın 10-na qədər “Turan” olub, həmin tarixdən sonra isə “Turan Tovuz”a çevrilib.
Bölgə təmsilçisinin aradan qaldırmalı olduğu digər problem isə Tovuz şəhər stadionunun süni ot örtüyü ilə bağlıdı. Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev ötən ilə qədər süni ot örtüyünün təbii örtüklə əvəz edilməsi üçün lazım olan xərcin yarısını qarşılamaq iqtidarında olduğunu, qalan məbləğin AFFA tərəfindən ödənilməsini arzulayırdı. Lakin qurumun təklifə isti yanaşmaması planların dəyişməsiylə nəticələndi. Ehtiram bəyin açıqlamasını xatırlayaq:

“Bu iş şəxsi vəsaitimiz hesabına olacaq. Bəli, dəstək üçün AFFA-ya müraciət etmişdik. Ancaq qurumun işləri çoxdu. Federasiyanın strateji planları açıqlandıqdan sonra bizə nəsə deyilmədi”.

Göründüyü kimi, “Turan Tovuz” hazırda iki böyük arzusunu yerinə yetirməkdə çətinlik çəkir. Bəs bu məsələlərə nə vaxt aydınlıq gələcək? Planda olan işlərin görülməsi mümkündümü? Bu suallarla “bozqurd”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə müraciət etdik. Klub rəsmisi qəzetimizə açıqlamasında bunları dedi:

“Hazırda bu işlərlə bağlı son detallar müzakirə olunur. Məlum olduğu kimi, klubumuzun infrastrukturla bağlı layihələri çoxdu. Layihələndirmə və smeta məsələləri təsdiqlənəndən sonra, təxminən iyulun əvvəlində bu və digər önəmli məsələlərlə bağlı rəsmi açıqlama verəcəyik. Amma indi də boş oturmuruq. Müəyyən xırda işlər görülür. Məsələn, əlil azarkeşlər üçün yerlər UEFA-nın standartlarına uyğun hala gətirilir”.

Qısası, “Turan Tovuz”un işi çoxdu. Əsas məsələ isə qarşıdakı aylarda məlum problemlərin aradan qaldırılıb-qaldırılmayacağıdı. Klub xüsusən mövsümlərarası fasilədən maksimum yararlanmalıdı. Belədə üzə çıxan daha bir çatışmazlıq isə ev oyunlarının harda keçiriləcəyi ilə bağlı olacaq. Əlbəttə, burda “Kəpəz”in də stadionsuz qaldığını nəzərə almalıyıq.
Görəsən, Qərb təmsilçilərinə kim qucaq açacaq?
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 İyul 2025 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri