“Turan Tovuz” ayağı sınan futbolçunun son durumunu açıqladı
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Turan Tovuz” – “Sabah” oyununda ağır zədə alaraq oyunu tərk edən “Turan Tovuz”un futbolçusu Denis Marandiçi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Futbolpress.az xəbər verir ki, zədəsi ağır olduğundan Denis Marandiçi ilkin təcili yardımdan sonra Mərkəzi Klinika Gəncə Xəstəxanasına aparılıb. Fibula sümüyünün tam yerini dəyişmiş sınığı və tibia sümüyünün yerdəyişməmiş sınığı aşkarlanan futbolçun ayağı gipsə qoyulub.
Klub həkiminin və xəstəxananın rəyinə əsasən futbolçunun Bakı şəhərində əməliyyat olunması nəzərdə tutulub. Qeyd edək ki, əməliyyatın vaxtı ayağa toplanan hematomanın sovrulmasından sonra mümkün olacaq. Ehtiyac duyularsa futbolçunun əməliyyatı ölkə xaricində həyata keçiriləcək.
29 Noyabr 2024, 18:28
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 03 Dekabr 2024 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















