“Turan Tovuz”un həkimi Panamada əməliyyat olunan futbolçunun durumunu dəyərləndirib
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Turan Tovuz”un həkimi Mahir Ələsgərov komandanın əsas futbolçularından olan Roderik Millerin durumunu dəyərləndirib.
Mütəxəssis “Report”a açıqlamasında futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağını müəyyənləşdirmək üçün təkrar müayinəyə ehtiyac olduğunu bildirib.
O, müayinə prosesinin uzun çəkməyəcəyini deyib:
“Roderik Millerin əməliyyatı yaxşı keçib, hər şey qaydasındadır. Məşqlərə nə vaxt başlayacağı təkrar müayinədən sonra müəyyənləşəcək. Hazırda müayinənin nəticələrini gözləyirik. Bəzi hallarda zədədən sonra dərhal futbolçunun nə zaman meydana qayıda biləcəyini təxmin etmək olur. Millerin durumu elədir ki, mütləq təkrar müayinə lazımdır. Bu da yaxın vaxtlarda həyata keçiriləcək. Futbolçunun durumunu izləyirik, bərpa prosesi keçir. Əməliyyatdan sonrakı görüntülərə baxılandan sonra qərar veriləcək”.
Qeyd edək ki, Roderik Millerə menisk yırtığı diaqnozu qoyulub. O, vətəni Panamada dizindən əməliyyat olunub.
Baxış sayı:142
Bu xəbər 10 Yanvar 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















