Icma.az
close
up
RU
“Turan Tovuz” hədəflərindən uzaqlaşır, “Sabah” qələbə üzünə həsrətdir Tura baxış

“Turan Tovuz” hədəflərindən uzaqlaşır, “Sabah” qələbə üzünə həsrətdir Tura baxış

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının 29-cu turu sürprizsiz ötüşdü desək, yanılmarıq. Düzdür, “Turan Tovuz”un Bakıda xalsız qalması müəyyən mənada təəccüblü oldu. Amma Kurban Berdıyevin komandası çoxdandır ki, özünə bənzəmir.

“Səbail” – “Turan Tovuz” 0:0 
“Səbail”:
12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 7. Madi Queta, 5. Gitay Sofir. 
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 44. Amir Bilali.
Baş məşqçi: Elvin Məmmədov. 

"Turan Tovuz": 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 11. Ayxan Quseynov, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 77. Veysəl Rzayev, 30. Mircamal Əlizadə, 90. Joarlem Santos, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.

Turun açılış oyununda qapılara qol vurulmadı. Hərçənd ki, qonaq komanda görüşün favoriti sayılırdı. Tovuzlular ilk yarıda ümumiyyətlə, heç nəylə yadda qala bilmədilər. İkinci hissə birinciyə nisbətən bir qədər “diri” keçsə də, 100 faizlik qol epizodları, qapıya doğru kəskin həmlələr görmək mümkün olmadı. Elə bütün bunları nəzərə alanda qolsuz heç-heçənin oyunun ədalətli nəticəsi olduğunu deyə bilərik. Əvəzində hakimin final fitindən sonra ciddi hadisələr yaşandı. Tovuzlu azarkeşlər futbolçuları tribunanın önünə çağırıb, zəif oyuna görə onları məzəmmət edincə Veysəl Rzayev onlara hücum çəkdi. Bu da aranın qarışmasına səbəb oldu. Asayiş keşikçiləri olaya müdaxilə edib, davanın qarşısını aldılar.
Qazanılan 1 xal “Səbail”i ümidləndirsə də, sonuncu pillədən qurtulmaq mümkün olmadı. “Dənizçilər” 20 xalla sonuncudur. 44 xalı olan “Turan Tovuz” 4-cü sırada yer alır. Tovuzluların 3-cü olmaq şansları elə də böyük deyil.

“Sabah” – “Kəpəz” 0:1 
Qol:
Valdemar Almeyda, 41
“Sabah”: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 15. Seymur Məmmədov, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 18. Pavol Şafranko (k), 3. Con İrasabal, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 32. Elgün Dünyamalıyev, 70. Jesse Sekidika, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.

“Kəpəz”: 1. Rojerio Santos, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 21. Camal Cəfərov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov. 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 9. Luis Paçu, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.

Heç “Kəpəz”in “Sabah”ı Masazırda məğlub etməsi də sensasiya sayılmır. Gəncəlilər elitada qalmaq üçün mübarizə aparır. “Sabah” isə çoxdandır ki, mövsümü yola verməklə məşğuldur. Rusiyalı çalışdırıcı və onun yetirmələri qarşısına ciddi hədəflər qoyana oxşamır. Masazırda keçirilən qarşılaşma qol vəziyyətləri ilə elə də zəngin olmadı. Fasilə ərəfəsində Almeyda topu tora qovuşdurmaqla “Kəpəz”i hesabda önə keçirdi. Bu qol oyunda yeganə oldu.
3 xal “Kəpəz”in elitada yerinə qorumasına böyük töhvə verdi. Azər Bağırovun komandası 27 xalla 9-cu sırada qərarlaşıb. Artıq “Səbail” “Kəpəz”dən 7 xal geridədir. 36 xalı olan “Sabah” 5-cü yeri tutur.

“Qarabağ” – “Zirə” 1:0 
Qol:
Kadi, 15
"Zirə"nin futbolçusu Qismət Alıyev 90+8-ci dəqiqədə penaltidən istifadə edə bilməyib (qapıçı)
“Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 90. Davit Volkov, 30. Rikardo Martins, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

“Qarabağ” kubokdakı uğursuzluğu çempionatda unutdurdu. “Zirə”ni Kadi Borgesin cərimə zərbəsindən vurduğu gözəl qolla üstələyən Ağdam təmsilçisi çempionluğa doğru inamlı addım atdı. Çünki rəqib turnir cədvəlindəki ən yaxın izləyicisi idi. Düzdür, “Zirə” bir də topu qapıdan keçirdi, amma hakimlər oyundan kənar vəziyyət qeydə aldı. Qismət Alıyev isə son saniyələrdə penaltini boşa verməklə “Zirə”ni xalsın qoydu.
Turnir cədvəlinə inamla başçılıq edən “Qarabağ” zirvədə 70 xalla qərarlaşıb. “Zirə”nin isə 55 xalı var. İkinci pillə də Rəşad Sadıqovun komandası üçün pis yer sayılmamalıdır.

“Şamaxı” – “Neftçi” 0:2 
Qollar:
Ramil Şeydayev, 42-pen. Filip Ozobiç, 89.
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov (k), 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasiliye Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tirkoveanu, 66. Vasiliye Bakiç, 33. Alfons Msanqa. 
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 23. Murad Vəliyev, 6. Rauf Rüstəmli, 19. Fəxri Məmmədli, 73. Elmar Məmmədov. 
Baş məşqçi: Ayxan Abbasov. 

“Neftçi”: 1. Emil Balayev (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 14. Edvin Kuç, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 9. Bassala Sambu. 
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 22. Dembo Darboe, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes. 
Məşqçi: Mübariz Orucov.

“Neftçi” Şamaxı səfərindən 3 xalla qayıtdı. Oyunun ilk dəqiqələri heç də “Neftçi”nin üstünlüyündən xəbər vermirdi. Gözləmək olardı ki, qarşılaşma bərabərliklə bitəcək. Çünki tərəflərin hər ikisi bu gedişatdan məmnun görünürdülər. Amma Ozobiçin fərdi ustalığı bu gedişatı kökündən dəyişdirdi. Təkbaşına cərimə meydançasına daxil olan xorvatiyalı rəqib müdafiəçilərin ilk müdaxiləsindəcə yerə yıxıldı. Hakim Fərid Hacıyev qətiyyətlə penalti nöqtəsini göstərdi. Ramil Şeydayevin zərbəsi elə də inamlı alınmasa da, hər halda top qapıya daxil oldu. “Milliləşdirilmiş” futbolçu bir də oyunun sonlarında coşdu. Bu dəfə özü topu tora qovuşdurmaqla adını tabloya yazdırdı. Beləliklə görüş “Neftçi”nin 2:0 hesablı üstünlüyü ilə yekunlaşdı.
6-cı pillədəki “Neftçi”nin 35 xalı var, “ağ-qaralar” “Sabah”dan cəmi bir xal geri qalır. “Şamaxı” isə 8-ci pilləni 28 xalla tutur.

“Araz-Naxçıvan”– “Sumqayıt” 2:0 
Qollar:
Ramon Maçado, 20-pen. Silvanus Nimeli, 66-öz qapısına.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias. 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 23. Nuno Rodriqes. 
Baş məşqçi: Elmar Baxşıyev. 

"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 23. Ronaldo Vaskez, 60. Tresor Mossi. 9. Bobir Abdixolikov. 
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 94. Rəşad Əzizli, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 5. Alan Dias, 77. Casurbek Caloliddinov. 
Baş məşqçi: Vaqif Cavadov.

“Araz Naxçıvan” 3-cü pilləni tutmaq yolunda önəmli qələbə qazandı. Özü də bu qələbə o qədər də çətin başa gəlmədi. Elmar Baxşıyevin yetirmələri hər hissədə bir qol vurmaqla rahat qələbə qazandılar. Daha doğrusu, ikinci qolu “Sumqayıt”ın futbolçusu Nimeli öz qapısına göndərdi. İlk yarıda isə Maçado penaltidən hesabı açmışdı. Onsuz da müdafiədə inamlı oynamasıyla ad çıxaran “Araz Naxçıvan” rəqibinin hücumları qarşısında ciddi çətinlik çəkmədən 3 xal qazanmağı bacardı.
3-cü pillədəki “Araz Naxçıvan” 51 xal toplayıb. Bu isə komandanın “Turan Tovuz”u 7 xal üstələməsi deməkdir. Çətin ki, bu fərq qarşıdakı turlar ərzində “ərisin”. 29 xallı “Sumqayıt” 7-ci sıradadır. “Gənclik şəhəri”nin təmsilçisi Premyer Liqadakı yerini qorumuş sayıla bilər.

Amal Abuşov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 Aprel 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1198

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see165

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see132

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see112

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see111

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Zelenski Trampdan Moskvaya zərbə endirmək üçün silah istədi: Versəniz, vurarıq

15 İyul 2025 14:04see111

Tələbə köçürməsinə start verildi

15 İyul 2025 13:45see110

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see110

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Parlamentdə İmamverdi İsmayılovun hekayəsindən sitat gətirdi Video

15 İyul 2025 13:38see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri