“Turan Tovuz” Konfrans Liqasına buraxılmayacaq? Klubdan AÇIQLAMA
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“UEFA başda olmaqla, heç bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almamışıq”.
Redaktor.az xəbər verir ki, bu sözləri "Teleqraf"a açıqlamasında "Turan Tovuz"un mətbuat katibi Süleyman Tağıyev klubun UEFA Konfrans Liqasında iştirakının sual altında olmasına dair iddialara münasibət bildirərkən deyib.
O, komandanın 2025/2026 mövsümünü uğurla başa vurduğu və idman prinsipləri qorunmaqla Konfrans Liqasında çıxış etmək hüququ qazandığı qeyd edib:
“2025-2026-cı illər mövsümünü uğurla başa vurduq. Gərgin keçən mövsümdə bütün idman prinsipləri qorunaraq haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA başda olmaqla, heç bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almamışıq”.
Qeyd edək ki, Tovuz klubunun yerinə avrokuboklara “Zirə”nin qatıla biləcəyi, “Neftçi”nin isə turnirə ikinci təsnifat mərhələsindən başlayacağı iddia edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 31 May 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















