Turan Tovuz məğlub oldu və aparıcı futbolçularını itirdi
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Turan Tovuz" klubu daha iki ciddi ilə üzləşib. Sport24.az-ın məlumatına görə, bölgə təmsilçisinin iki aparıcı üzvü "Qarabağ"a qarşı keçirdikləri Misli Premyer Liqasının XXVIII turunun oyununda cəzalı duruma düşüb.
Bunlar Faiq Hacıyev və Kristian da Silvadır. Sözügedən matçda sarı vərəqə alan oyunçular cari mövsüm dördüncü dəfə bu halla üzləşiblər.
Hacıyev və Silva aprelin 5-də səfərdə "Səbail"ə qarşı keçirəcəkləri XIX turun matçını buraxmalı olacaq. Onlar cari mövsüm ölkə çempionatında müvafiq olaraq 26 və 27 görüşdə meydanda olublar.
Tovuz klubunda zədəli Denis Marandiçi, Roderik Miller, Şəhriyar Əliyev və Joarlem Santos ötən gün komandalarına kömək edə bilməyiblər.
Qeyd edək ki, "Turan Tovuz" - "Qarabağ" qarşılaşması qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 29 Mart 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















