Icma.az
close
up
RU
Turan Tovuz un futbolçusu üzr istəyib: Elə insan deyiləm

Turan Tovuz un futbolçusu üzr istəyib: Elə insan deyiləm

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının 29-cu turunun açılış matçında “Səbail”lə “Turan Tovuz” qarşılaşdı. Bayılda baş tutan görüş qolsuz bərabərliklə bitib.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, ev matçlarında tribunaları dolduran tovuzlu fanatlar Bayıldakı matçda da komandanı dəstəksiz qoymayıb.

Amma nəticənin doğurduğu məyusluq qalmaqala səbəb oldu. Dəstəyə görə fanatlara təşəkkür etmək üçün tribunalara yaxınlaşan futbolçulardan Veysəl Rzayev bir anda xoşagəlməz olayın iştirakçısı oldu.

Azarkeşlərdən birinin uyğun olmayan ifadələri yarımmüdafiəçinin tribunaya qalxaraq əlbəyaxa davaya girişməsi ilə yekunlaşdı. Nə yaxşı ki, komanda yoldaşları onu olay yerindən uzaqlaşdırdı, əsəblər soyudu.

Saytın əməkdaşı başverənləri Rzayevin dilindən eşitmək üçün onunla əlaqə saxlayıb: “Oyun bitdikdən sonra – hər zaman olduğu kimi – azarkeşlərə təşəkkür bildirmək üçün tribunaya yaxınlaşmışdıq. Mən yaxınlaşan zaman ünvanıma qeyri-etik ifadələr səsləndi. Komandadakı problemin mənimlə bağlı olduğumu dedilər və ardınca şəxsiyyətimlə bağlı söyüşlər işlətdilər. Bu sözlər mənə çox pis təsir etdi. Çünki bu cür ifadələrə layiq biri deyiləm. Həmin an emosiyalarımı idarə edə bilmədim. Artıq neçə ildir ki, bu komanda üçün tər tökürəm. Belə ifadələr eşitmək məni çox üzdü”.

Rzayev hadisədən sonra da təhqir və söyüş mesajları aldığını söyləyib: “Bu hadisədən sonra yenə də təhqir və söyüş mesajları aldım. Buna görə çox üzüldüm. Artıq neçə ildir ki, “Turan Tovuz”un şərəfini qoruyuram və hər oyunda əziyyət çəkirəm. Bu günə qədər heç bir azarkeşlə belə bir problemim olmayıb. Amma mənə deyilən sözləri qəbul edə bilmədim. Kənardan bəlkə də yanlış anlaşıldı. Məni təhqir edənləri çıxmaq şərtilə, bizi dəstəkləyən azarkeşlərdən üzr istəyirəm”.

Veysəl komandanın hazırkı nəticələrinin fərqində olduqlarını, bununla belə, əllərindən gələni etdiklərini vurğulayıb: “Komanda artıq bir müddətdir ki, nəticə qazana bilmir və biz də bunun fərqindəyik. Məncə, bu, futbolda normal haldır. Hər kəsi anlayıram, amma yenə də mübarizəni davam etdirəcəyik. Belə hallar bizə yaxşı təsir etməsə də, oyunlarda daha yaxşı çıxış edəcəyimizə əminəm. Hər bir futbolçu kimi, mənim də əsas istəyim azarkeşlərimizi sevindirməkdir. Hər şeyi bu klub üçün edirik. Xahiş edirəm ki, nəticədən asılı olmayaraq, heç bir futbolçuya qarşı təhqiredici ifadələr işlədilməsin. Bu, futbolçulara mənfi təsir edir. Bu hal yaşandığı üçün yenidən azarkeşlərdən üzr istəyirəm. Çünki mən elə bir insan deyiləm”.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Aprel 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri