Azarkeşlərlə dalaşan “Turan Tovuz”un futbolçusu üzr istədi FOTO
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Söyüş söyənləri, təhqir edənləri çıxmaq şərtilə, əsl azarkeşlərimizdən üzr istəyirəm. Kənardan səhv başa düşüldüyüm üçün üzürlü hesab etsinlər”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Veysəl Rzayev Azərbaycan Premyer Liqasının XXIX turunda səfərdə “Səbail”lə 0:0 hesablı heç-heçədən sonra azarkeşlərlə yaşadığı münaqişə barədə danışarkən deyib.
23 yaşlı müdafiəçisi davanın səbəbini belə izah edib: “Ora yaxınlaşmağıma səbəb, sadəcə, azarkeşlərə təşəkkür etmək idi. Başqa bir fikrim yox idi. Lakin gördüm ki, ora çox səs-küylüdür. Dedim nə olub, nədir problem? Qayıdıb dedilər, problem sənsən, sizsiniz, oyun satırsınız. Üstəlik, təhqir etdilər. Ona görə emosiyalarımı idarə edə bilmədim. Özümdən çıxdım”.
Qeyd edək ki, “Turan Tovuz” hazırda 44 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alır.
Baxış sayı:88
Bu xəbər 06 Aprel 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















