Turan Tovuz un kapitanı: Ötən mövsümdəki səhvləri təkrarlamaq istəmirik
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İyulun 1-də məşqlərə başlamışıq. Hazırda testlərdən, müayinələrdən keçirik. Sabah məşqlər yenidən bərpa olunacaq". Bu sözləri Sport24.az-a "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.
32 yaşlı müdafiəçi zədəsini tam sağaltdığını söyləyib:
"Hər şey qaydasındadır. Artıq kollektivlə məşqlərə qatılıram. Komanda tam olaraq yığılmayıb. Yeni oyunçularımız gələcək. Çempionatın startınadək ideal formaya düşməyə çalışacağıq. Ötən mövsümdəki səhvləri təkrarlamaq istəmirik. Sonda avrokuboklara vəsiqə qazanaraq azarkeşlərimizi sevindirmək niyyətindəyik".
Əliyev bəzi oyunçuların klubla yollarını ayırdığını xatırladıb: "Onların hər birinə karyeralarında uğurlar arzulayıram. Yeni transferlər gələcək. İnanıram ki, komandaya güc qatacaqlar. Mövsümün sonunda istəyimizə çatacağımıza ümid edirəm".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 03 İyul 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















