Icma.az
close
up
RU
“Turan Tovuz”un kapitanı: “Ötənilki səhvləri təkrarlamamalıyıq”

“Turan Tovuz”un kapitanı: “Ötənilki səhvləri təkrarlamamalıyıq”

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Yay təlim-məşq toplanışından müəyyən ailə səbəblərinə görə tez qayıtdım. Xəstələndiyim üçün 5-6 gün də komandadan ayrı düşdüm. Amma indi hər şey yaxşıdır, ideal formaya düşməyə çalışıram. Baş məşqçi şans verəcəyi təqdirdə qarşıdakı oyunlarda komandama kömək etməyə çalışacağam”.

İdman.biz xəbər verir ki, bunu Futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev deyib.

33 yaşlı müdafiəçi baş məşqçidən meydanda oyun şansı qazanmamasının səbəbini izah edib: “Fiziki durumum indi yaxşıdır. Bəzi səbəblərdən komanda ilə tam təlim-məşq toplanışında iştirak edə bilmədim. Üzərimdə işləyirəm ki, qarşıdakı matçlarda baş məşqçi tərəfindən şans qazanam. Nəinki mən, kollektivdəki 25-26 futbolçunun hər biri əlindən gələni etməyə çalışır. Düşünürəm ki, böyüdüləcək problem yoxdur. Baş məşqçinin şans verəcəyi təqdirdə əlimdən gələni edəcəyəm. Deyərdim ki, fasilə tam yerinə düşdü”.

Əliyev komandasının Misli Premyer Liqasının 4-cü turunda “Qəbələ” ilə oyuna hazırlaşdığını da bildirib: “Bir neçə gün istirahətdən sonra ilk məşqə çıxdıq. “Neftçi” ilə oyundan sonra komandaya 3 gün istirahət verildi. Çalışacağıq ki, bu fasilədə fiziki durumumuzu yenidən yaxşı formaya gətirək. Zədəli futbolçularımız növbəti oyuna qədər tam sağalmağa çalışacaqlar. Fasilədən sonra “Qəbələ” ilə oyunumuz var. Rəqibimiz də zəif deyil, son oyunlarına baxanda yaxşı komanda olduqları görünür. Çalışacağıq ki, həmin oyuna daha motivasiyalı və hazırlıqlı çıxaq”.

Tovuz təmsilçisinin kapitanı cari mövsüm hədəflərini də açıqlayıb: “Kollektiv olaraq qarşıya məqsəd qoymuşuq. Ötənilki səhvləri təkrarlamamalıyıq. Çempionatda ideal formada olmağa çalışacağıq ki, xallar qazanaq, çünki itirdiklərimiz sonra bizə problem yaradır. Bunun üçün əlimizdən gələni edəcəyik. 3 oyunda 6 xalımız var. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr göstərmək üçün əlimizdən gələni edəcəyik”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Sentyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri