Icma.az
close
up
RU
“Turan Tovuz” yenə büdrədi, “Qarabağ” yoluna davam edir Tura baxış

“Turan Tovuz” yenə büdrədi, “Qarabağ” yoluna davam edir Tura baxış

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının XIII turu sürpriz olmadan keçdi desək, yanılmarıq. “Turan Tovuz” ardıcıl üçüncü oyunda qələbə qazana bilmədisə, “Qarabağ” növbəti qələbəsini qazandı. “Kəpəz”lə “Karvan-Yevlax”ın məğlub olduğu turda “Qəbələ” qələbə qazanmaqla rahat nəfəs aldı.

"Kəpəz" – "Zirə" 0:2 
Qollar:
Leroy Mikels, 62. İssa Cibrila, 84.
“Kəpəz”: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 53. Şahmar Aşurov, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 10. Ryonosuke Ohori, 38. Cefferson Bentu.
Ehtiyat oyunçular: 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 14. Adama Fofana, 55. Kresus Donqo, 6. Pedro Qomeş.
Baş məşqçi: Azər Bağırov.
“Zirə”: 97. Tiaqo Silva, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 4. Ruan Renato (k), 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Giorgi Papunaşvili, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 30. Rikardo Martins, 20. İssa Cibrila, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Rəşad Sadıqov Yevlaxdakı oyunun erkən saatda başlamasından və süni örtük üzərində oynamağın çətinliyindən şikayətlənsə də, onun komandası səfərdən 3 xalla dönməyi bacardı. İlk yarısı qolsuz keçən oyunda “Zirə” fasilədən sonra vurduğu iki qolla “Kəpəz”i üstələdi. Mikelsin 62-ci dəqiqədə vurduğu qol xüsusiylə baxımlı alındı. Cibrila 84-cü dəqiqədə nominal qonaqların üstünlüyünü möhkəmləndirdi. “Kəpəz” bu qolların heç birinə cavab verə bilməyincə “Zirə” 3 xalı aktivinə yazdı.
Bu qələbə sayəsində xalını 26-a çatdıran “Zirə” lider “Qarabağ”ın ən yaxın izləyicisidir. “Kəpəz” 6 xalla 11-ci yerdə qərarlaşıb.

"Turan Tovuz" – "Neftçi" 0:0
"Turan Tovuz": 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.
"Neftçi": 13. Kenan Piriç (k), 15. Elvin Bədəlov, 45. Vensan Abubakar, 6. Sessi D Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 27. Kristian Kostin, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Sənan Qurbanov.

Tovuzda keçirilən qarşılaşmada hesab açılmadı. Bununla da “Turan Tovuz” ardıcıl üçüncü oyunda qələbəyə həsrət qaldı. Səfərə Sənan Qurbanovla çıxan “Neftçi” üçün 1 xal pis nəticə sayılmasa da, turnir cədvəlindəki vəziyyət paytaxt təmsilçisinin mütləq qələbə həvəsiylə oynamasını qaçılmaz edirdi. Amma “ağ-qaralar” ehtiyatlı oyuna üstünlük verib, uduzmamağa çalışdı. Azarkeşlərin qol ümidi sayılan Abubakar da xüsusi heç nəylə yadda qalmadı. Bu qarşılaşmada diqqət çəkən daha bir məqam o oldu ki, Tovuz stadionunun yeni salınmış qazonu heç də yaxşı vəziyyətdə deyil.
Qol vurmadan 1 xal qazanan komandalardan “Turan Tovuz” 24 xalla 4-cü pillədə yer alır. “Neftçi” isə 16 xalla yeddincidir.

"İmişli" – "Sabah" 0:3 
Qollar:
Amin Seydiyev, 54. Stiv Solvet, 60. Kahim Parris, 90.
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr. 
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 21. Abbas Ağazadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli. 
Baş məşqçi: Jorje Kaşkilya. 
“Sabah”: 92. Stas Pokatilov, 46. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda. 
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 80. Akim Zedadka, 11. Kahim Parris, 53. Andrey Santos. 
Baş məşqçi: Valdas Dambrauskas.

“Sabah” ilk dövrədə məğlub olduğu “İmişli”ni böyük hesabla üstələdi. Özü də aran təmsilçisi ötən tur “Neftçi”ni səfərdə üstələməklə əla motivasiya qazanmışdı. Amma davamını gətirmək mümkün olmadı. Yevlaxda olduğu kimi, burda da bütün qollar ikinci hissədə vuruldu. Amin Seydiyev 54-cü dəqiqədə hesabı açdı. Daha sonra Solvetlə Parris adını tabloya yazdırdı.
Üç cavabsız qolla rəqibini üstələyən “Sabah” xalını 25-ə çatdırdı və 3-cü pillədə özünü rahat hiss edir. “İmişli” isə 15 xalla 8-ci sıradadır.

"Qarabağ" – "Karvan-Yevlax" 2:0 
Qollar:
Emmanuel Addai, 79. Nəriman Axundzadə, 88.
“Qarabağ”: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 3. Sami Mmae, 9. Joni Montiel, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk. 
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran. 
Baş məşqçi: Qurban Qurbanov. 
“Karvan-Yevlax”: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 2. Şakil Sno, 12. Vitor Roşa, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 10. Samuel Durrant, 4. Olavale Doyeni. 
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 3. Said İranxan, 8. Peter Kinqs, 21. İmani Barker. 
Məşqçi: Füzuli Məmmədov.

“Qarabağ” da azarkeşlərinin üzünü ikinci hissədə güldürdü. Çempionlar Liqasında ölkəmizi təmsil edən “köhlən atlar” zəif rəqiblə oyuna ekspremental heyətlə çıxmışdı. “Karvan-Yevlax”ın düşərgəsində əsas dəyişiklik isə məşqçilərlə bağlı idi. Azər Həşimov hələ də Yevlax təmsilçinin rəsmi baş məşqçisi olsa da, komandaya rəhbərliyi məşqçi kimi elitaya dönən Füzuli Məmmədov edirdi. Onun dəsti-xətti intizamlı oyunda hiss edilsə də, məğlubiyyətdən qaçmaq mümkün olmadı. Addainin 79-cu dəqiqədə hesabı açdığı oyunda son nöqtəni Nəriman Axundzadə qoydu. Beləliklə “Qarabağ” 2:0 hesablı qələbə qazandı.
Lider “Qarabağ”ın bir oyunu ehtiyatdadır və aktivində 29 xal var. Əks qütbdə qərarlaşan “Karvan-Yevlax”ın isə cəmi 5 xalı var.

“Şamaxı” – “Sumqayıt” 1:2 
Qollar:
Karim Rossi, 70 - Aleksa Yankoviç, 88. Aleksandr Ramalinqom, 90+1.
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 95. Nsana Simon, 11. Aleksa Yankoviç.
Baş məşqçi: Saşa İliç.

“Sumqayıt” “Şamaxı” üzərində əzmkar qələbə qazandı. İlk yarısı qolsuz keçən qarşılaşmada əsas hadisələr 70-ci dəqiqədən sonra cərəyan etdi. Rossi məhz bu dəqiqədə meydan sahiblərini hesabda önə çıxardı. Hər kəs görüşün elə bu cür də başa çatacağını gözləsə də, sona iki dəqiqə qalmış ssenari dəyişdi. Əvvəlcə Yankoviç hesabı bərabərləşdirdi. Aleksandr Ramalinqom isə əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə “Sumqayıt”ın ikinci qolunu vurdu. Bu qoldan sonra məşqçilər Saşa İliçlə Ayxan Abbasovun münaqişəyə girməsi isə baxımlı görüşün tablosu korlayan məqam oldu.
Qələbə sayəsində xalını 23-ə yüksəldən “Sumqayıt” turnir cədvəlində beşincidir. “Şamaxı” isə 9-cu pilləni 14 xalla tutur.

“Qəbələ” – “Araz-Naxçıvan” 2:1 
Qollar:
Prins Ovusu, 15 - Bəxtiyar Həsənalızadə, 33. Adriel Ba Lua, 59
"Qəbələ": 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 27. Eşqin Əhmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Txadadze.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev, 16. Ramon Maçado, 6. Patrik Andrade, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta.
Baş məşqçi: Elmar Baxşıyev.

Turun son görüşündə “Qəbələ” vacib qələbə qazandı. Maraqlıdır ki, burda da ilk yarı bərabərliklə sona çatdı. Amma Qəbələdəki oyunun birinci hissəsində qarşılıqlı qollar vuruldu. Ovusunun hesabı 15-ci dəqiqədə açdı. 18 dəqiqə sonra isə Bəxtiyar Həsənəlizadə qonaqların cavab qolunu vurdu. Həlledici qola isə Ba Lua 59-cu dəqiqədə müəlliflik etdi. Qalan yarım saat ərzində “Araz Naxçıvan” bu qola cavab verə bilməyincə Elmar Baxşıyev və onun komandası Qəbələ səfərindən əliboş döndü.
Bu qələbə “Qəbələ”yə bir qədər rahat nəfəs almağa imkan verdi. “Qırmızı-qarlar” 10-cu pillədə yer alır və onların aktivində 8 xal var. Liderlər qrupundan uzaqlaşan “Araz Naxçıvan” isə 20 xalla 6-cı sırada qərarlaşıb.

Amal Abuşov

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://fanat.az
archiveBu xəbər 01 Dekabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see362

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see179

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see164

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see145

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see141

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see140

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see137

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see136

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see135

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see133

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see133

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see127

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see126

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see126

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see125

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see125

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see123

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see123

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see123

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri